AZ24SAAT.ORG

Now Reading:
Azərbaycanlı biznesmen Rusiyada güllələndi

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı biznesmen güllələnib.

24saat.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə oktyabrın 26-da Nevsk rayonunda Narodnoy küçəsində baş verib. Əslən azərbaycanlı, Rusiya vətəndaşı olan zərərçəkən polisə bildirib ki, 27 və 29 yaşlarında iki Azərbaycan vətəndaşı ona travmatik tapançadan 4 dəfə atəş açıblar, daha sonra isə “Hyundai Tucson” markalı avtomobilini qaçırıblar.  Yaralı xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.

Yerli polis hadisə ilə əlaqədar cinayət işi başlayıb və cinayəti törədən şəxslər axtarışa verilib.

 

24saaat.org

 

 

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.