Now Reading:
Azərbaycanlı milyarderlərin bazarı yanır

Moskva şəhərinin cənub-şərqində yerləşən “Sadovod” bazarının ticarət pavilyonunda yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” paxtaxtın fövqəladə hallar xidmətindən olan mənbəyə istinadən məlumat yayıb.

“Üçüncü cərgədə pavilyon yanır, yanğın təxminən 20 kvadrat metr sahəni əhatə edir”, – deyə adı açıqlanmayan mənbə bildirib.

Məlumata görə hadisə yerinə gələn xilasedicilər təxliyyə işləri aparır.

Xatırladaq ki, ötən həftə həmin bazarda tikinti tullantılarının alovlanması nəticəsində 300 kvadrat metr sahə yanmışdı. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

“Sadavod” bazarı Qoda Nisanov və Zarah İliyevin sahib olduğu “Kiyevskaya Ploşad” şirkətinin balansındadır. MDAY (Moskva Dairəvi Avtomobil Yolu) kənarında yerləşən bazar Rusiyanın ən iri topdan-pərakəndə satış mərkəzlərindən sayılır.

Bazar 40 hektardan çox ərazini əhatə edir. Orada geyim, uşaq malları, ov-balıqçılıq ləvazimatları, turizm məhsulları, gül-çiçək, bağ-həyət ləvazimatları və s. satan səkkiz mindən çox pavilyon fəaliyyət göstərir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.