AZ24SAAT.ORG

Now Reading:
Azərbaycanlı nazirlərin yəhudi ayini: montaj, yoxsa reallıq?

Azərbaycan məmurlarının sinaqoqda yəhudi ayinində iştirakı ilə bağlı yayılan fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Fotoların İsrail Müdafiə Naziri Avigdor Libermanın Azərbaycana rəsmi səfəri zamanı çəkildiyi bildirilir. 24saat.org xəbər verir ki, (soldan sağa) yəhudi əsilli iş adamı Qod Nisanov, daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov və İsrailin müdafiə naziri Aviqdor Libermanın ilk sırada yer aldığı fotoda diqqət çəkən məqamlar var.

Öncə onu qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycana rəsmi səfərə gələrək, prezident İlham Əliyev və digər yüksək ranqlı dövlət məmurları ilə görüşlər keçirən Aviqdor Libermanın Bakıda sinaqoqa getməsi barədə mediada heç bir məlumat yoxdur. Bu halda, həmin mərasimdən fotonun hansı məqsədlə və kim(lər) tərəfindən yayılması sual yaradır.

Görüntülərdə yer alan Qod Nisanovun da hansı statusda iki ölkənin nazirləri ilə bir sırada əyləşməsi də maraqlı məqamdır. Belə ki, Azərbaycanda – Qubanın “Qırmızı Qəsəbə”sində anadan olmuş, milliyyətçə dağ yəhudisi olan iş adamı Nisanov Rusiyada fəaliyyət göstərir. O, həm də Ümumdünya Yəhudi Konqresinin (ÜYK) vitse-prezidentidir. Azərbaycanda onun heç bir rəsmi statusu olmadığı halda, rəsmi dövlət qonağını müşayiət edən güc nazirlərinin sırasında yer alması diqqət çəkir.

Sözügedən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə, Azərbaycanın güc nazirlərinin başında yəhudi fəsinin olması bir çoxları tərəfindın eirazla qarşılanıb.

İki rakursdan çəkilən fotoların montaj olduğu və iranmeylli qüvvələr tərəfindən hazırlanıb təxribat olaraq yayılması ilə bağlı da iddialar var.

Məsələn, Türkiyədə yaşayan azərbaycanlı əsilli jurnalist, Ərdoğan hakimiyyətinin dəstəkçisi qismində çıxışları ilə tez-tez Türkiyə mediasında çıxış edən Sevil Nuriyeva da fotonun gerçək olmasına şübhə ilə yanaşıb.
“Bu fotomontaj mi? Bu dogru ola bilmez mence. Bu ciddi provokasiyaya benzeyir… Ve Paylasanlar Iran menseli gruplar…” – deyə Sevil Nuriyeva Facebook profilində yazıb.

Rəsmi qurumlar isə yayılan fotolarla bağlı heç bir açıqlama verməyiblər.

Az24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.