Now Reading:
Azərbaycanlı oliqarxın işçiləri maaşa görə etiraz edir

Azərbaycanlı oliqarxın işçiləri maaşa görə etiraz edir

Rusiyada futbol üzrə  2018-ci il Dünya Çempionatının oyunları üçün nəzərdə tutulan “Rostov-Arena” stadionunun  tikintisində işləyən inşaatçılar əmək haqlarının verilməməsinə etiraz olaraq aksiya keçirib.

Obyektin baş podratçısı azərbaycanlı oliqarx Araz Ağalarovun “Crocus Group” şirkətidir.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, inşaatçılar mart ayından bu yana əmək haqqı ala bilmədiklərini deyirlər. Rostov vilayət hökumətinin nümayəndələri obyektə baş çəkib və inşaatçılarla görüşüb.Hökumətdən bildiriblər ki, əmək haqqının gecilməsi problemi var, ancaq obyektdə işlər qrafikə uyğun gedir və podratçı şirkət məsələnin tezliklə həll olunacağını bildirib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.