2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Azərbaycanlılar Türkiyədə hər gün orta hesabla 4 mənzil alır…

Hesablamalara görə, 2022-ci ilin yanvar-aprel aylarında vətəndaşlarımız qardaş ölkədə 453 mənzil alıblar. Ötən ilin eyni dövründə isə bu rəqəm 382 olub. Türkiyədə mənzil alan vətəndaşlarımızın sayı günü-gündən artır. Ekspertlər bildirir ki, artım tendensiyası son 3 ildir davam edir. Araşdırmalara görə, Azərbaycan vətəndaşları daha çox İstanbulun mərkəzi yerlərindən mənzil almaqda maraqlıdılar. Halbuki, həmin ərazilərdə qiymətlər daha yuxarıdır.

Onu da qeyd edək ki, Türkiyədə tətbiq ediləcək yeni qaydaya görə, 400 min dollara əmlak alana vətəndaşlıq veriləcək. Alınan daşınmaz əmlakın müqabilində isə Türkiyə vətəndaşlığı üçün müraciət edən əcnəbilərdən ən azı 3 il müddətində onu satmamaq tələb olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirdiyimiz kimi, Azərbaycan vətəndaşları 4 ay ərzində Türkiyədə 453 mənzil sahibi olublar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 71 mənzil və ya 18,6% çoxdur.

Ekspertlər onu da bildirir ki, azərbaycanlıların Türkiyədə mənzil almasi bizim əmlak sektoruna mənfi təsir göstərir.

“Hər ay Azərbaycan vətəndaşları Türkiyədən 100-dən çox daşınmaz əmlak alır, bu bizim əmlak sektoruna mənfi təsir göstərir”

“Hər ay Azərbaycan vətəndaşları Türkiyədən 100-dən çox daşınmaz əmlak alır, bu bizim əmlak sektoruna mənfi təsir göstərir”

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi dövründə daşınmaz əmlak sektoru üzrə ən çox qazanan ölkə Türkiyə oldu. Müharibə başlayandan sonra Türkiyəyə təkcə Rusiyadan on minlərlə insan gəlib və nəticədə Rusiya vətəndaşlarına minlərlə daşınmaz əmlak satılıb: “Bu səbəbdən də Türkiyə daşınmaz əmlak sektorundan daha çox gəlir götürmək üçün limitləri artırdı. Sözügedən qərar Azərbaycanın daşınmaz əmlak sektoruna elə də təsir etməyəcək. Bunun səbəbi azərbaycanlıların qardaş ölkədə vətəndaşlıqla bağlı problem yaşamamasıdır. Uzun illər Türkiyədə yaşayan azərbaycanlılar var ki, orada vətəndaş olmaq marağında deyillər. Çünki Türkiyədə bizə qarşı digər ölkə vətəndaşları kimi sərt davranış yoxdur. Hər ay Azərbaycan vətəndaşları Türkiyədə 100-dən çox daşınmaz əmlak alır. Bu bizim əmlak sektoruna mənfi təsir göstərir. Ümumilikdə, əcnəbilər üçün 400 min manat minimal hədd təyin edilməsi azərbaycanlılar üçün o qədər də təhlükəli rəqəm deyil. Çünki azərbaycanlılar daha çox Avropa ölkələrindən daşınmaz əmlak alıb vətəndaş olmağa üstünlük verirlər”.

“24 saat “Azərbaycanlılar Türkiyədə hər gün orta hesabla 4 mənzil alır…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button