2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Azərbaycanlıların qanına əli batmış bütün cinayətkarlar həbs olunacaqlar” – RƏY

“Azərbaycanlıların qanına əli batmış bütün cinayətkarlar həbs olunacaqlar”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, tarix soyqırımlar və insan faciələrini törədən şəxslərin ittiham kürsüsünə çıxarılmasına şahidlik edib: “1941-1945-cı illərdə alman faşistləri tərəfindən törədilən çoxsaylı cinayətlərin təşkilatçıları müharibə başa çatandan sonra Nyurnberq tribunalına çıxarıldılar və onların əksəriyyəti barəsində cəzalar tətbiq olundu. Ötən əsrin 90-cı illərində Avropa ölkələrində də insanlığa qarşı cinayətlərə əmr verən rəhbərlər cəzalarını aldılar”.

Deputat bildirib ki, ötən əsrin 90-cı illərində Ermənistan Azərbaycan ərazilərini işğal edərək kütləvi soyqırımlar törədərək günahsız mülki insanları ancaq azərbaycanlı olduğuna görə qəddarcasına qətlə yetirdi: “Xocalı, Xocavənd, Başlıbel, Meşəli və s. faciələr unudulmur. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bununla yanaşı, azərbaycanlılara qarşı soyqırımlar törədərək öz doğma yurdlarından qaçmalarına zorla məcbur edən şəxslər haqqında Baş Prokurorluqda istintaq tədbirləri davam etdirilir. Bu soyqırımların təşkilatçıları beynəlxalq axtarışa verilib. Təəssüflər olsun ki, azərbaycanlıların qanına əli batmış bu kimi beynəlxalq axtarışa verilmiş şəxslərin xarici ölkələrdə həbs olunması və ölkəmizə təhvil verilməsi halları baş verməyib. Bunu ikili standartların göstəricisi hesab edirəm. Amma Azərbaycan bu axtarışları aktiv saxlayır, ölkəmizin sərhədlərində belə şəxslər müəyyən olunduqda dərhal həbs olunur və istintaqa cəlb edilir. Belə şəxlərdən biri də Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində yaşamış Xaçaturyan Vaqif Çerkezoviç Laçın keçid məntəqəsində yoxlama zamanı müəyyən olunaraq saxlanılıb. Xaçaturyan azərbaycanlıların öldürülməsində, günahsız insanların sağlamlıqlarına ağır xəsarətlər yetirilməsində və əmlakların məhv edilməsində təqsirli bilinərək beynəlxalq axtarışa verilmişdi. Hesab ediərəm ki, zamanı gəldikcə azərbaycanlıların qanına əli batmış bütün cinayətkarlar da müəyyən edilərək həbs olunacaqlar. Ötən əsrin 90-cı illərində azərbaycanlılara qarşı hücumlar təşkil edərək soyqırımlar törədən və barələrində beynəlxalq axtarışa sorğu verilmiş digər şəxslərin də həbs olunaraq layiqli şəkildə cəzalandırılması üçün Azərbaycanın müvafiq orqanları fəaliyyətlərini davam etdirəcəklər. Beynəlxalq cinayətlər cəzasız qalmır”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button