2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərdən və ATV-dən direktorun ölmünə münasibət: “Biz öz işimizi görmüşük”

Azərdən və ATV-dən direktorun ölmünə münasibət:

Xəbər vermişdik ki, 171 saylı məktəbin beyninə qan sızmış direktoru Telman Qardaşov bu gün səhər vəfat edib.
Moderator.az olaraq xəbərlə bağlı direktorun beyninə qan sızmasına səbəb olduğu deyilən “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovla əlaqə saxladıq.
Təəssüflər olsun ki, getdiyi hər müəssisədə KİV haqda qanunu əlində bayraq edən, az qala müəssisə rəhbərlərini “divara dirəyən” teleaparıcı özü KİV haqqında qanunun tələblərinə əməl etmədi. Açıqlama verməkdən imtina etdi və bizi başqa şəxsə yönləndirdi:
“Allah rəhmət eləsin. Siz hardan bilirsiniz ki, direktorun beyninə “Yoxlama”dan sonra qan sızıb? İndi mən nə etməliyəm, müsahibə verməliyəm? Mənim bu xəbərə cavabım ATV telekanalının cavabıdır, ATV kanalında xəbərlər  xidmətində Vaqif müəllim var, zəng vurun ona. O, sizə rəsmi məlumatı verəcək”.
ATV-dən aldığımız rəsmi açıqlama isə belə oldu:
“Xətai rayonu 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun ölüm xəbəri bizi dərindən kədərləndirdi. Hər insan ölümü kimi bu ölüm hadisəsi də məyusedicidir. Səmimi qəlbdən Telman Qardaşovun ailəsinə və yaxınlarına baş sağlığı verir, səbr diləyirik.
Ünvanımıza yönəldilən ittihamı isə kökundən qərəzli və absurd hesab edir, mərhumun oğlunun kədərini nəzərə alıb səbrlə qarşılayırıq. Bəli, 05.01 2017- cı il tarixdə sözügedən məktəbdə çəkiliş aparmışıq və 11.01.2017-ci il  tarixdə o veriliş efirdə yayımlanıb. Hər şey ictimaiyyətin gözü qarşısında baş verib. Verilişin efir gününə qədər unvanımıza yönəldilən şər və böhtanlar da, yalanlar da, verlish efirə getdikdən sonra isə bütün həqiqətlər ortaya çıxdı. Biz öz işimizi görmüşük. Nə Təhsil Nazirliyindən, nə Baki Şəhər Təhsil idarəsindən, nə də digər qurumlardan ünvanımıza irad bildirilməyib. MTRŞ isə acıqlamasında verlişdə hec bir qanunauyğunsuzluğun olmadıgını bildirib. Məlum verlişin çəkilişindən və efir günündən bu qədər vaxt keçdikdən sonra belə bir üzücü hadisənin baş verməsini kanalımızla əlaqələndirmək bütün məntiqi yanaşmalara ziddir. İctimaiyyətə bəyan edirik ki, bu cür söz- söhbətin, dedi-qodunun tərəfi deyilik və qətiyyən də olmaq istəmirik”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button