2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

«Azərişıq» baldızın sifarişi ilə işığı kəsib – VİDEO

Daşkəsən sakini iki övladı ilə soyuqda və qaranlıqda qaldığını deyir

Daşkəsən rayon sakini Qafarova Sevda Elşad qızı “Azəqışıq” ASC-dən şikayətçidir. O bildirir ki, elektrik enerjisinə borcu olmadığı halda qaldığı evin işığı kəsilib. Bu barədə “Bizim Yol”a S.Qafarova bildirib.
“2011-ci ildə Daşkəsən şəhəri, İ.Qayibov küçəsi, bina 32, mənzil 52  ünvanına gəlin getmişəm. Həmin nikahdan 2 azyaşlı qiz övladımız dünyaya  gəlib. 2015-ci ildə həyat yoldaşımdan rəsmi qaydada boşanmışıq. Bundan sonra sabiq həyat yoldaşım, qaynanam və baldızım evi tərk etdilər. Amma mən hələ də evlilik vaxtı yaşadığım evdə qalıram. İki azyaşlı uşaq mənim öhdəmdədir, amma aliment   ala bilmirəm. Onların harda yaşadığı mənə naməlumdur”,-deyə S.Qafarova bildirib.
Onun sözlərinə görə, ev keçmiş baldızının adınadır: “Baldızım “Azərişıq”a zəng edərək evə elektrik enerjsinin verilməsini dayandırıb. Baxmayaraq ki, işıq pulunu vaxtlı-vaxtında ödəyirəm.
Evi elektrik peçi ilə qızdırırdıq. Daşkəsənə qar yağıb, iki azyaşlı uşağın qaldığı evi qızdıra bilmirik. Qaranlıqdan evdə göz-gözü görmür”.
S.Qafarova deyir ki, dəfələrlə “Azəqişıq”a müraciət edərək evə elektrik enerjisinin verilməsinin bərpa edilməsini xahiş edib: “Amma işıq verilmir. Mənə deyirlər ki, keçmiş baldızın evə elektrik enerjisinin verilməməsini istəyib. Qarşılaşdığım problemin həlli üçün məsələnin ictimailəşməsinin doğru olduğunu düşündüm. Hazırda mənim keçmiş həyat yoldaşıma qarşı məhkəməm davam edir. İş hazırda Gəncə Apellyasiya Məhkəməsindədir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button