Gündəm

'Azərlotereya'nın idarəetməsi Türkiyə şirkətinə verilir


“Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti (ASC) Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilir.

Bununla bağlı bu gün, yanvarın 16-da Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Sənəddə yazılıb ki, lotereyaların,  idman mərc oyunlarının keçirilməsindən əldə edilən gəlirdən təyinatı üzrə istifadənin səmərəliliyinin artırılması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində qeyd edilən sahənin inkişafı üçün investisiyaların və yeni texnologiyaların cəlb edilməsi əsas prioritet istiqamətlərdəndir.

Sərəncamla bundan ötrü Azərbaycan  Nazirlər Kabineti və

İqtisadiyyat Nazirliyinə bəzi tapşırıqlar verib.

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button