iqtisadiyyatİqtisadiyyat

“Azərsun”dan “yağ qıtlığı olacaqmı” sualına cavab

“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın hadisəsi nəticəsində “Sun Food” MMC-yə məxsus anbarlara ciddi maddi ziyan dəysə də, əməkdaşlar arasında xəsarət alan yoxdur”.

Bu barədə “Azərsun Holdinq” məlumat yayıb.

“İstehsal müəssisələrimiz yanğın baş verən ərazidən aralıda yerləşdiyi üçün onlara hər hansı ziyan dəyməyib, həmişəki gücü ilə çalışırlar.

“Sun Food” MMC şirkətinin Xırdalan və digər ərazilərdə yerləşən anbarlarında kifayət qədər ehtiyatları mövcuddur. Ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik yaranmayacaq.

Baş vermiş hadisə ilə bağlı dəstəyini bildirmiş hər kəsə təşəkkürümüzü bildiririk.

Hazırda aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılır, ictimaiyyət nəticələr barədə məlumatlandırılacaq”, – açıqlamada deyilir.

The post “Azərsun”dan “yağ qıtlığı olacaqmı” sualına cavab appeared first on 24 saat.

24 saat” ““Azərsun”dan “yağ qıtlığı olacaqmı” sualına cavab” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Deyirlərsə, edəcəklər - Rusiya Mərkəzi Bankının vəsaitləri müsadirə oluna bilər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button