Now Reading:
Azәrbaycandan pul alan alman deputat cәrimәlәndi

Azәrbaycandan pul alan alman deputat cәrimәlәndi

Deputatın Bundestaqdan qovulması tәklif olunur

Alman deputat Karin Strenz Azərbaycandan əldə etdiyi əlavə gəlir haqda Budestaqa (Almaniya Parlamenti) vaxtında məlumat vermədiyi üçün 20.000 avro civarında cərimə ödəməlidir. Bu haqda Almaniyanın dövlət teleradio kanalı “Deutsche Welle” (Alman Dalğası) məlumat yayıb. Kanal bildirir ki, avtoritar ölkə olan Azərbaycan uzun müddətdir ki, qərbi avropanı pulla əla almaqda şübhəli bilinir.

Karen Strenz Xristian Demokrat Partiyasını (CDU) təmsil edir. Bundan əlavə, parlament koalisiyasının üzvü olan Sosial Demokra Partiyası (SPD) tələb edib ki, Strenz mandatını təhvil versin. SPD millət vəkili onun istefa verməli olduğunu ibarəli cümlələrlə bildirib:

“Karin Strenz papağını da götürüb getməlidir. Yaxud CDU özü onu qapının arxasına qoymalıdır. Korrupsiya kiçik məsələ deyil, bu, demokratiyanın təməl prinsiplərinin pozulmasıdır”.

“Detsche Welle” yazır ki, xanım Strenz bir neçə ildir avtoritar üsulla idarə olunan Azərbaycanla sıx əlaqədədir. O, pulları Xəzər dənizi sahilində yerləşən bu keçmiş sovet respublikasından alman məsləhət firmasının əli ilə alıb. Aldığı pullar haqqında vaxtında məlumat vermədiyinə görə Budestaq 51 yaşlı bu xanım deputatı yanvar ayında töhmətlə cəzalandırmışdı.

“Deutsche Welle” hәmçinin bildirir ki, Strenz 2015-ci ildə maraqların toqquşmasına baxmayaraq Azərbaycanda seçki müşahidəçisi olub. Azərbaycanla əlaqələrinə görə 2018-ci ilin əvvəlində onun Avropa Şurası Parlament Assembleyasına təkrar namizədli irəli sürülməyib.

Kanal daha sonra Azәrbaycanın “Kürü diplomatiyası”na toxunub vә bu mәsәlәdә şübhәli bilinәn daha bir keçmiş alman deputatın cavab vermәli olduğunu qeyd edib :

“Ödənişlər neftlə zəngin ölkənin Qərbi Avropaya təsir etmək üçün yaratdığı bir sistemin üzə çıxan tərkib hissəsi olub. Xristian Sosialist Partiyasınıdan olan keçmiş deputat Eduard Lintner dә “Kürü diplomatiyası”nda iştirakı haqda şübhələrə cavab verməlidir. Bir il öncə Azərbaycan işi Avropa Şurasında böyük dairələri hərəkətə gətirdi. Çoxsaylı deputatlar araşdırma komissiyasına bildirmişdilər ki, Azərbaycan nümayəndələri onları ələ almaq üçün qara kürü, xalça, bahalı spirtli içkilər, bəzək və fahişə xidməti təklif ediblər. Strenz o vaxt “Deutsche Welle” yә müsahibәsindә komissiyanın ittihamlarını təkzib etmişdi. Bu arada Karen Strenz, Eduart Lintner və onlarla AŞPA deputatının bu qurumun binasına daxil olmalarına qadağa qoyulub.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.