2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azər Quliyevin ölümü digər zərərçəkənləri qorxuya salıb

 

Çovdarov həbsxanada belə onlar üçün xof mənbəyi olaraq qalmaqdadır

Sabiq MTN generalı Akif Çovdarovun zərərçəkənlərindən biri olan Azər Quliyevin cəzaçəkmə müəssisəsində dünyasını dəyişməsi digər zərərçəkənlər arasında təşviş və narahatlığa səbəb olub. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Ədliyyə Nazirliyinin verdiyi rəsmi açıqlamada çoxsaylı xəstəliklərdən əziyyət çəkən A.Quliyevin məhz xəstəlik səbəbilə dünyasını dəyişdiyi vurğulansa da, zərərçəkənlərin bir çoxu bu məlumata şübhə ilə yanaşır.

Saytların yığılması Saytlarin yigilmasi

Bir müddət bundan öncə adı “MTN işi”ndə hallanan İlqar Əliyevin də məhz təcridxanada dünyasını dəyişdiyinə diqqət çəkən zərərçəkənlər, hansısa gizli bir əlin danışmaq, ortaya fakt qoymaq cəsarətində olan şəxslərin susdurulduğu ehtimalını daha inandırıcı hesab edir. Bu isə onların narahatlığının daha da artmasına səbəb olur.

Mənbənin məlumatına görə, A.Quliyevin ölümündən sonra artıq bəzi zərərçəkənlər özlərinin və ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə məhkəməyə müraciət etmək niyyətindədir. Onlar hesab edir ki, məhkəmənin müvafiq qərarı ilə polis əməkdaşları A.Çovdarovun məhkəmə prosesi başa çatana qədər onların təhlükəsizliyini təmin etməli, mümkün təhdid və zorakılıqların qarşısını almalıdır.

Zərərçəkənlərin bir qismi hesab edir ki, polis mühafizəsinin təmini onların özlərini daha güvəndə hiss etməsinə səbəb ola bilər.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button