2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Azəravtoyol” ASC-nin idarə rəisinin əmlak siyahısı Prezidentə göndərildi

Saleh Məmmədovun işçisi barədə şok faktlar

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 9 ünvanında müvəqqəti yaşayan Cəbrayıldan olan məcburi köçkün Əliheydər Əliyev prezident İlham Əliyevə ünvanladığı müraciətində “Azəravtoyol” ASC-nin idarə rəisi Əliheybət Şirinov haqqında şok faktlar yer alıb.

24saat.org saytı xəbər verir ki, Əliheydər Əliyev prezidentə ünvanladığı məktubunda iddia edir ki, idarə rəisi iki ildir onun maaşını vermir. Şikayətçi daha sonra Əliheybət Şirinovun biznes imperiyasına diqqət çəkir:
“Əliheybət Şirinov Biləsuvar rayonunda zavod alıb, qiyməti bir neçə milyon manatla ölçülür. Bundan başqa, onun Siyəzən rayonunda, Hövsan qəsəbəsində zavodları var. Həmçinn Əhmədli qəsəbəsində fəaliyyət göstərən asfalt zavodu da ona məxsusdur.
Özləri etiraf edirlər ki, Dərnəgül yolunun çəkilişində 30-40 milyon manata yaxın dövlət pulunu mənimsəyiblər.
Şamaxı rayonunun Padar kəndində çöl yolunun çəkilişində milyonlarla manat mənimsənilib. Bunun hesabına Şamaxıda böyük bir asfalt zavodu yaradılıb.
Əliheybət Şirinov biznes imperiyasına Hacıqabul rayonunda 50 hektarlıq parnik, Sabirabad rayonunda təkər zavodu, Hacıqabul rayonunda 7-10 minə yaxın xırda buynuzlu, 2-3 min baş isə iri buynuzlu heyvandan ibarət olan fermer təsərrüfatı daxildir.
Əliheybət Şirinov və yaxın adamları Abşeron rayonunun Mehdiabad qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilən binada istədikləri qədər mənzil mənimsəyiblər. Xaçmaz rayonunda Olimpiya kompleksinin, Gəncə şəhərində qaçqın və şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binasının tikintisində milyonlarla manat mənimsənilib.
Əliheybət Şirinovun 13-ə yaxın daş karxanası var.
Dəvəçi rayonunda böyük parnik, avtomobil salonları, Nardaranda bir neçə villa da Əliheybət Şirinovun əmlaklarının siyahısına daxildir. Oğlanlarının və özünün 5-6 avtomobili var. Yol tikintisində istifadə etmək üçün 100-ə yaxın yük maşınına malikdir. Onun hətta Türkiyədə də əmlakları da var. Bu yaxınlarda öyrənmişəm ki, Xırdalanda fəaliyyət göstərən Beton zavodu da ona məxsusdur.
Təsəvvür edin, bu qədər var-dövlətə sahib bir şəxs məcburi köçkünün əmək haqqını verməkdən imtina edir.

Saytların yığılması Saytlarin yigilmasi

Cənab prezident, xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayasınız”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button