2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan Ənzəlidə keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinə qatılacaq

Bakı/10.08.21 Azərbaycan avqustun 22-dən “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində İranın Ənzəli şəhərində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Azərbaycan müsabiqəyə hərbi dənizçilərinin 66 nəfərlik heyəti ilə G-122 və G-124 gözətçi gəmilərində qatılmağı planlaşdırır.

Müdafiə naziri Zakir Həsənov avqustun 9-da “Dəniz Kuboku” müsabiqəsində iştirak edəcək dənizçilər komandasının hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olub.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan 2015-ci ildən başlayaraq “Beynəlxalq Ordu Oyunları”nda iştirak edir.

“Beynəlxalq Ordu Oyunları” yarışları çərçivəsində keçirilən “Dəniz Kuboku” müsabiqəsində əsasən Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbçiləri iştirak edir. Müsabiqə növbə ilə iştirakçı dövlətlərin dəniz akvatoriyasında keçirilir. -03D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button