2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan əsgərinin özünü güllələyərək öldürdüyü bildirilir

Yayımlandı: 9 Yanvar 2023 23:29

Vüsal Məmmədovun hansı səbəbdən intihar etdiyi açıqlanmayıb

Yanvarın 9-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Vüsal Məmmədovun özünü güllələdiyi barədə Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olub.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatı Hərbi Prokurorluğun Mətbuat Xidməti yayıb.

Bildirilir ki, əsgər odlu silahdan atəş açaraq özünü öldürüb.

Hərbi Prokurorluq. Mənbə: “Azərtac”

Məlumatda qeyd olunur ki, Gəncə Hərbi Prokurorluğunun əməkdaşları Vüsal Məmmədovun intihar etdiyi əraziyə gedərək zəruri hərəkətlər icra ediblər.

“Fakt üzrə Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”, – deyə prokurorluq əlavə edib.

Ancaq məlumatda Vüsal Məmmədovun hansı səbəbdən intihar etdiyi açıqlanmır.

Əsgərin hansı rayondan olduğu barədə də heç bir məlumat verilməyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button