2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan əsilli deputat AŞPA-nın vitse-prezidenti seçilib

Ukrayna Ali Radasının Azərbaycan əsilli deputatı Georgi Loqvinski Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib.

G.Loqvinski AŞPA-nın Strasburqda keçirilən sessiyasında yekdilliklə bu vəzifəyə layiq görülüb.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, G. Loqvinski Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq edir və azərbaycanlıların ən yaxın dostudur: “O, 20 Yanvar faciəsi ilə bağlı səfirliklə birgə keçirdiyimiz iki gün əvvəlki tədbirdə iştirak etdi və Azərbaycanın problemlərinə daim şərik olduğunu açıqladı”.

Qeyd edək ki, G.Loqvinski əslən Azərbaycanın Göyçay rayonundandır və milliyyətcə yəhudidir.

Saytların yığılması Saytlarin yigilmasi

 

apa

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button