2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan 1 milyard dollarlıq 10 ‘Boeing’ alır

Bu gün, aprelin 14-də Silk Way Airlines” aviaşirkəti və Amerikanın “Boeing” aerokosmik korporasiyası 10 Boeing-737 MAX sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.

Müqavilənin ümumi məbləği təxminən 1 milyard dollar təşkil edir.

Saytların yığılması Saytlarin yigilmasi

Sənədi “Silk Way Holding”-in prezidenti Zaur Axundov və “Boeing” şirkətinin baş vitse-prezidenti Marti Bentrott imzalayıb. İmzalama mərasmində “AZAL”-ın prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta da iştirak edib.

ABŞ-ın İxrac-idxal bankı (Ex-Imbank) ilə ilkin müzakirələr əsasında Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.

Azərbaycana müasir Boeing-737 MAX hava gəmilərinin gətirilməsinə dair razılaşma ötən ilin yayında Böyük Britaniyada “Farnborough Airshow – 2016” Beynəlxalq aerokosmik salonu çərçivəsində əldə edilib.

İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilə, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

“Silk Way Holding”in prezidenti Zaur Axundov jurnalistlərə bildirib ki, bu müqavilənin imzalanması ilə Azərbaycanın mülki aviasiyası öz inkişafının yeni mərhələsinə qədəm qoyur.

“”Silk Way Airlines” “Boeing” istehsalı olan 10 yeni və müasir təyyarə alacaq. Biz bu təyyarələri əməliyyat və maliyyə lizinqi əsasında digər aviaşirkətlərə verməyi planlaşdırırıq. Bu layihə çox yaxşı perspektivə malikdir”, – deyə Zaur Axundov qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə bunları deyib:

“Biz Azərbaycan şirkəti ilə bu sənədin imzalanmasında çox maraqlıyıq və əldə olunan razılaşmadan çox məmnunuq”.

O, həmçinin ölkəsinin Azərbaycanda yaradılan aşağı büdcəli BUTA AIRWAYS şirkəti ilə əməkdaşlığa hazır olduğunu deyib.

Azərbaycanın aldığı müasir təyyarələr 189 sərnişindən ötrü nəzərdə tutulub. Daha az yanacaq işlədir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button