2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan Aİ-yə azad olunmuş ərazilərdə minalardan təmizləməprosesini maliyyələşdirməyi təklif edib – İ.Əliyev

Bakı/18.12.21 Azərbaycan Avropa İttifaqına azad olunmuş
ərazilərin minalardan təmizlənməsini maliyyələşdirməyi təklif edib, bu
barədə prezident İlham Əliyev bildirib.

“Cənab Mişellə (Aİ sədri) görüşdə hətta təklif etdim ki, Avropa
Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan
təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin. Dedim
ki, pulu bizə verməyin, minaların təmizlənməsi ilə məşğul olan Avropa
şirkətlərinə maliyyə yardımı ayırın ki, onlar Azərbaycana gəlsinlər və
işə başlasınlar”, deyə Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə
müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə
etmək mümkün deyil. “Bundan əlavə, bu, çox bahalı işdir və siz
tamamilə haqlısınız ki, minalar təmizlənməsə, biz insanların geri
qayıdışını təmin edə bilmərik. Onlar bunu 30 ilə yaxındır ki,
gözləyirlər”, deyə Azərbaycan prezidenti qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Əliyev Aİ-nin Azərbaycana və Ermənistana yardım ayrılması ilə bağlı
ədalətsiz yanaşmasına diqqət çəkib. Avropa Komissiyası tərəfindən
Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır,
Azərbaycana isə 140 milyon. Bir halda ki, Ermənistan ərazisində
dağıntı yoxdur. Digər tərəfdən, Azərbaycan əhalisi Ermənistan
əhalisindən 5 dəfə çoxdur, deyə Əliyev qeyd edib.

Onun sözlərinə görə, Ermənistan Qarabağın və Şərqi Zəngəzurun işğalı
dövründə 1 milyona yaxın mina basdırıb.

Postmüharibə vəziyyətinə, xüsusən kommunikasiyaların açılmasına
toxunan Əliyev Zəngəzur dəhlizinin  bərpası işlərinin başladığını
bildirib.

Onun sözlərinə görə, Ermənistanla sərhədə qədər dəmir yolunun 2023-cü
ilin sonunadək tikilməsi nəzərdə tutulur (uzunluğu 110 km., Turan-ın
qeydi).

O, həmin vaxta qədər Ermənistanın öz ərazisindəki hissəni (45 km –
Turan-ın qeydi) tikəcəyinə ümidini dilə gətirib.

Bakı və Aİ arasında energetika əməkdaşlığına toxunan Əliyev qeyd edib
ki, Azərbaycanın Avropaya qaz nəqlini artırmaq üçün hər cür imkanı:
böyük yataqları, müasir infrastrukturu var. Prezident Azərbaycan
qazının tədarükü üçün potensial bazarlar arasında Balkanları və
Mərkəzi Avropanı qeyd edib. O, Avropaya qaz tədarükünün ötən ilin
sonlarında başlayıb və həmin vaxtdan etibarən Azərbaycan İtaliya,
Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz edib.

2022-ci ildə tədarük həcminin 9 mlrd. kubmetr, 2023-cü ildə 11 mlrd.
kubmetr təşkil edəcəyi planlaşdırılır.

Əliyev Azərbaycan qazının RF qazı ilə rəqabət aparması haqqında fikri
təkzib edib. O, iki ölkənin Avropaya ixrac etdiyi qaz həcminin
müqayisəolunmaz olduğunu deyib, çünki Rusiya Avropanı yüz milyardlarla
kubmetr qazla təchiz edir.

“Ona görə də, bu, heç bir halda bizim Rusiya ilə çox müsbət və yaxşı
balanslaşdırılmış münasibətlərimizdə mənfi rol oynaya bilməz”, deyə
Azərbaycan prezidenti qeyd edib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın siyasətinə “hörmətlə” yanaşır.

“İlk növbədə, bu məsələ (Avropanın qaz bazarında rəqabət məsələsi –
Turan-ın şərhi) ölkələrin liderləri arasında heç vaxt yüksək səviyyədə
müzakirə olunmayıb. İkincisi, Rusiya bizim siyasətimizə, xarici
siyasətimizə, enerji siyasətimizə tam hörmət edir. Biz rəqib deyilik.
Dəfələrlə qeyd etdiyim kimi, bu məsələlər bəzən süni şəkildə
şişirdilir. Biz heç bir halda Rusiyanın rəqibi deyilik”, deyə Əliyev
bildirib. -06Â-
 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button