2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Azərbaycan artıq bunun üçün yetişib”

ABŞ Konqresi ötən həftə “Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanunu”nu (Global Magnitsky Human Rights Accountability Act) qəbul edib.

Bu qanun Amerika prezidentinə insan haqlarını pozmuş və ya korrupsiyaya bulaşmış xarici rəsmilərə viza qadağası qoymaq və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir.

“Azərbaycan artıq yetişib”

Saytların yığılması Saytlarin yigilmasi
 “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bu qanunun Azərbaycana şamil edilə biləcəyini düşünür: “Bu, realdır. Dəyişiklik baş verməsə, bu cür addım atılacaq. Azərbaycan artıq bunun üçün yetişib. Avropa İnsan Haqları Məhkəməsinin, Avropa Şurası Nazirlər Komitəsinin qərarlarına, ABŞ Dövlət Departamentinin, Avropa Birliyinin davamlı tənqidlərinə, çağırışlarına baxsaq, buna zəmin olduğunu görərik. Bu qərarın tətbiq olunması üçün ən layiqli namizəd elə Azərbaycandır”.

Mehman Əliyev Azərbaycan rəsmilərinin görünüşdə qərara etinasız yanaşdıqlarını, əslində, daxilən təlaş keçirdiyini bildirir.

O, “ABŞ-ın yeni prezidenti Donald Trump bu qanunun tətbiqində maraqlı olacaqmı” sualını da cavablayıb:

“Trump-ın müxtəlif ölkələrdə əlaqələri var və o da anlayır ki, ona kömək üçün üz tutanlar olacaq. Bu səbəbdəbn bəyan etdi ki, Konqresdə, Dövlət Departamentində lobbiçilik fəaliyyətinin, özəlliklə xarici ölkə lobbiçiliyinin dayandırılmasıyla bağlı qanun qəbul etdirəcək. Bunu ona mümkün müraciətlərdən özünü sığortalamaq üçün deyir və bundan sonra Amerika prezidenti kimi davranacağını bildirir. ABŞ prezidenti dövlətin və qeyri-hökumət institutlarının hazırladığı strategiya və sənədlər əsasında fəaliyyət göstərir. O, sənədlərə, strategiyalara baxanda Azərbaycanın durumu elə də yaxşı görünmür”.Mehman Əliyev Azərbaycan hakimiyyətinin sığortalanmaq üçün önləyici tədbirlər görəcəyini düşünür və artıq milli iqtisadiyyatla bağlı yol xəritəsi elanını da bir mesaj sayır. Amma bununla belə, Azərbaycan hakimiyyətinin Donald Trump-ın yanvardakı inaqurasiyadan sonra elan edəcəyi proqramı, ilk 100 gündə atacağı addımları və mövqeyini gözləyəcəyini də sözlərinə artırır: “Hər şey də bu proqramdan aslı olacaq”.

(azadliq.org)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button