2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan Astara buraxılış məntəqəsinin İran yük maşınları üçün bağlandığı haqqında məlumatları təkzib edib

Bakı/19.10.21 Dünən İranın ILNA agentliyi İran-Rusiya Ticarət Palatasının üzvü Seyid Cəlalifəri ilə müsahibə dərc edib. Cəlalifər Azərbaycan gömrüyünün Astarada İran yük maşınlarını saxladığını iddia edib. Onun sözlərinə görə, Azərbaycan tərəfi qəsdən elektrik enerjisini kəsir, rentgenin işləmədiyinə və ya narkotik yoxlayan itlərin olmadığına istinad edir və Rusiyaya gedən İran yük maşınlarını saxlayır.

 Bu səbəbdən sərhəddə yük maşınlarından ibarət 10 kilometrlik növbə yaranıb. O, həmçinin qeyd edib ki, yük maşınları tez xarab olan meyvə və tərəvəz daşıyır, buna görə yüklər xarab olur.

Cəlalifər qeyd edib ki, problem İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyə başladıqdan və bu ölkə ilə münasibətləri korladıqdan sonra yaranıb.

Saytların yığılması Saytlarin yigilmasi

Öz növbəsində, Azərbaycan Gömrük Komitəsi İran yük maşınlarının saxlanması haqqında iddiaları təkzib edib. Komitənin 19 oktyabr tarixli məlumatında deyilir ki, oktyabrın 15-dən 16-na qədər 10 saat ərzində İran tərəfində kompüter sistemində yaranan nasazlıq və bu müddət ərzində yük avtomobillərinin keçidinin təmin edilməməsi, eləcə də İranın Astara şəhərində meyvə-tərəvəz anbarlarında yükləmə-boşaltma əməliyyatlarında mövcud olan uzun növbələr sıxlığın yaranmasına səbəb olub. “İran tərəfindəki problemlərdən qaynaqlanan sıxlıqda Azərbaycanı günahlandırmaq və buna siyasi don geyindirmək yolverilməzdir”, deyə məlumatda bildirilir. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button