2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan ”avtoritar dövlətlər” qrupunda qaldı

Ölkə demokratiya indeksində daha da geriləyib

Böyük Britaniyanın “The Economist” jurnalı “Demokratiya indeksi 2018” hesabatını açıqlayıb.

Azərbaycan builki hesabatda ötən ilki mövqeyindən bir pillə də aşağı düşüb. Belə ki, 167 ölkə arasında 149-cu yerdə qərarlaşıb və avtoritar dövlətlər qrupunda qalıb. Qonşulara gəlincə, demokratiya siyahısında Türkiyə 110-cu, Rusiya 144-cü, İran isə 150-ci olub.

Azərbaycan Rusiya və İranla eyni qrupdadır.

Saytların yığılması Saytlarin yigilmasi

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib ki, Azərbaycan Rusiya və İranla yalnız coğrafi baxımdan deyil, həm də demokratiya səviyyəsinə görə yanaşıdır:

“Ölkəmiz coğrafi yerləşmədə olduğu kimi anti-demokratik ölkələr siyahısında da Rusiya və İranın arasında qərarlaşıb. Rusiya və İranla təkcə qonşu deyil, həm də “demokratik ənənələrinə” görə yanaşıdır”.

O qeyd edib ki, Türkiyə son hesabatda demokratiya indeksinə görə yüksək sürətlə geriləyən ölkələr siyahısına başçılıq edir.

“2017-ci ilin hesabatında 100-cü yerdə qərarlaşan Türkiyə son 1 il ərzində 10 pillə geri gedib”.

Demokratiya siyahısında Azərbaycanın yaxın qonşuları Gürcüstan 89, Ermənistan isə 103-cü yerdə qərarlaşıb.

Dünya üzrə mövqeyini yaxşılaşdıran ölkələr siyahısında regiondan Ermənistan və Özbəkistan yer alıb.

2018-ci ildə açıqlanan Demokratiya İndeksində də Azərbaycan “avtoritar ölkə” kateqoriyasına salınmış, 165 ölkə arasında 148-ci yerdə “avtoritar ölkə” kateqoriyasında qərarlaşmışdı. Qonşulardan Gürcüstan (79) və Ermənistan (111) hibrid rejimlər sırasında olmuşdu. Rusiya (135) avtoritar ölkə sayılıb. Bu kateqoriyada Qazaxıstan, Belarus, Əfqanıstan, İran, Özbəkistan, Tacikistan, Türkmənistan da vardı.

Media Azadlığı İndeksinə gəlincə, Azərbaycan (154), Rusiya (139) qeyri-azad, Gürcüstan (49) qismən azad, Ermənistan (109) əsasən qeyri-azad sayılmışdı. Builki hesabatda qonşu ölkələrdən Ermənistan irəliləyib, Azərbaycan isə bir pillə geriləyib.

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button