2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan: bəzi dərmanlar niyə tapılmır?

Bakıda yaşayan bəzi sakinlər apteklərində axtardıqları dərmanları tapmadıqlarından şikayətlənirlər.

BBC Azərbaycancaya danışanlar deyirlər ki, onlara lazım olan dərmanın əvəzinə daha baha qiymətə əvəzedici dərmanlar təklif edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Təhlilçilər bu problemin dərman qiymətlərinin rəsmi tənzimlənməsindən sonra yarandığını iddia edirlər.

Səhiyyə Nazirliyi isə tapılmayan dərmanlarla bağlı bildirir ki, “ola bilsin eyni dərmandan olmasın, amma təsiredici maddəsi eyni olan başqa bir firmanın dərmanı ola bilər”.

Tarif Şurası 2015-ci ildən Nazirlər Kabinetinin qərarı ilə dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri tənzimləyir.

“Daha baha”dərman təklif edilir

Bakı sakini Emin Hüseynzadə təxminən iki həftə yarımdır ki, övladı üçün lazım olan, pərakəndə satış qiyməti 2.52 qəpik olan bidifumbacterin dərmanını tapa bilmədiyindən şikayətlənir.

Əvəzində apteklərdə ona qiyməti 6.89 manat olan başqa bir əvəzedici dərman təklif edilib, o BBC Azərbaycancaya müsahibəsində deyir.

“Apteklərdə dedilər ki, 1 ay əvvələ kimi var idi. Bəziləri deyir ki, depoda yoxdur, ya da istehsal olunmur, ya da qiymətə görədir”.

İndi onu maraqlandıran iki sual var: “Bu dərman niyə gətirilmir, gətirilirsə, niyə satılmır?”

Bu sualla Azərbaycanda yerləşən bir neçə iri aptek şəbəkəsinə müraciətimizdə məlum oldu ki, dərman yalnız bir şəbəkənin aptekində cəmi 8 ədəd olaraq mövcuddur.

Aptek işçisinin sözlərinə görə, bu onlarda mövcud olan Bifidumbacterin dərmanının sonuncularıdır və müştərilərin tələbatının olduğuna baxmayaraq, “gətirilmir”.

Digər apteklərdən də səbəblər barədə oxşar fikirlər deyilib: “Yoxdur, nə vaxt olacaq bilmirik; çoxdan yoxdur; depoda yoxdur.”
Baha və “effekt verməyən” dərmanlar

Dərmanlarla bağlı məsələ Milli Məclisin son iclasında da müzakirə mövzusu olub.

Səhiyyə komitəsinin iclasında deputat Musa Quliyev “Dərman vasitələri haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, bəzi hallarda həkimlərin xəstəyə təyin etdiyi dərmanlar o qədər də effekt vermir.

“Bəzi şirkətlərin Çində istehsal olunan dərmanları Avropaya göndərib orada qablaşdırmaqla Azərbaycana gətirdikləri barədə çoxlu sayda müraciətlər daxil olur. Ona görə də xəstələrə qonşu ölkələrdən dərman gətirmələrini tövsiyə edirik. Bu, çox ciddi narahatlıq doğuran faktdır. Tarif Şurası buna ciddi əncam çəkməlidir. Bəlkə də 400-500 adda dərmanın qiymətini tənzimləməli, yerdə qalanlarının qiymətini isə şirkətlərin özlərinə həvalə etməliyik”, APA yazır.

Deputat Qənirə Paşayeva isə bəzi dərman pereparatlarının qiymətinin digər ölkələrlə müqayisədə bahalığından danışıb.

“Türkiyədə səfərdə olanda məndən bir nəfər “Heloda” adlı dərman peraparatı almağımı xahiş etdi. Gələndə maraqlandım ki, bunu niyə Bakıdan almırsınız? Cavabı bu oldu ki, bu, onkoloji dərmandır və Bakıda qiyməti 500 manatdır. Türkiyədə isə qiyməti 120 dollardır”.
Dərman çatışmazlığı necə yaranıb?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov BBC Azərbaycancaya müsahibəsində deyir ki, onlara dərmanların tapılmaması və keyfiyyətsizliyi ilə bağlı həftədə azı 2-3 telefon zəngi daxil olur.

“Bu da təsadüfi deyil. Ölkədə dərman qiymətlərinin tənzimlənməsindən sonra dərman çatışmazlığı yarandı və üstəlik bazara qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar daxil oldu.”

Hərçənd cənab Hüseynov onu da əlavə edir ki, Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi qarşısında bu məsələni qaldırdıqdan sonra, DİN onun təşkilatın “qaçaqmal dərman gətirənin həbs edildiyini və təhlükəli dərmanların bazarlardan yığışdırıldığını” bildirib.

AİB sədri qeyd edir ki, hökümət keyfiyyətli və ucuz dərmanların olmasını istəyirsə, bazarı tam liberallaşdırmalı, dövlət müdaxiləsi olmamalıdır.

“Azərbaycanda Türkiyə təcrübəsini tətbiq etdilər, lakin nəzərə almadılar ki, Türkiyə yerli istehsalını düzəldəndən sonra bunu etdi. Azərbaycanda dərman istehsalı gücləndikdən sonra bu məsələyə baxılmalı idi.”

SN-nin bu sahədə “fəal iş apardığını” deyən cənab Hüseynov hazırda yerli dərman istehsalının “yox səviyyəsində” olduğunu da qeyd edir.

“Səhiyyə Nazirliyinin Analilik Ekspertiza Mərkəzi (SN AEM) bu sahədə, dərman bazarının dolğunlaşdırılması üçün ciddi iş aparır, təəssüf ki, hələ də müsbət nəticələrini verməyib.”

Tarif Şurası BBC Azərbaycancaya dərmanların qiymətlərin yenidən tənzimlənib-tənzimlənməyəcəyinə dair heç bir şərh verməyib.
Təsiredici maddəsi eyni başqa dərman

SN AEM-in sözçüsü Esmira Əkbərova tapılmayan dərmanlarla bağlı bildirir ki, “ola bilsin eyni dərmandan olmasın, amma təsiredici maddəsi eyni olan başqa bir firmanın dərmanı ola bilər”.

“Qanuna əsasən də həkimlər reseptdə dərmanın beynəlxalq patentləşdirilməmiş adını, yəni təsiredici maddənin adını yazmalıdırlar”, söyləyən xanım Əkbərova əlavə edir ki, məhz belə olarsa apteklərdə xəstəyə büdcəsinə uyğun dərman da təklif edilə bilər.

Sözçü Çin istehsallı dərmanlarla bağlı bildirir ki, Avropa ölkələrində yerləşən bəzi dərman firmalarının başqa ölkələrdə, o cümlədən Çində istehsal meydançaları mövcuddur.

Hazırda Çindən Azərbaycana 40 adda preparat daxil olur, xanım Əkbərova əlavə edib.

Aprelin əvvəlində baş nazirin müavini Əli Əhmədov da dərman qıtlığı məsələsinə toxunaraq bildirib ki, bu səbəblə dərmanların Azərbaycanda istehsal olunması üçün “ciddi işlər” görülür.

2016-cı ildə İranla birgə Pirallahıda dərman preparatlarının istehsalı ilə zavodun təməlqoyma mərasimi keçirilib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button