2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycan banklarından daha bir gözlənilməz addım

Son zamanlar dünyada yaranmış iqtisadi böhran Azərbaycanda da insanların maddi vəziyyətinin çətinləşməsinə öz təsirini göstərib.

“Qafqazinfo” xəbər verir ki, böhran bank-vətəndaş münasibətlərində özünü daha çox hiss etdirir. Belə ki, vətəndaşlar vaxtilə götürdüyü krediti banklara qaytara bilmir. Bu cür mübahisələrdə isə çox zaman vətəndaşlar tərəfindən götürülmüş kreditlə alınmış avtomaşınlar xüsusi diqqət cəlb edir. Belə ki, kreditlə götürülmüş maşının borcunu ödəyə bilmədikdə bank maşını vətəndaşın əlindən alır.

Lakin bir sıra hallarda banklar hətta maşını müştəridən geri aldıqdan sonra da qalan borcun ödənilməsi üçün məhkəmələrə müraciət edir. Məhkəmələr də bu kimi mübahisələrdə bankların xeyrinə daha çox qərar qəbul edir. Halbuki qanunvericiliyə əsasən avtomaşının banka qaytarılması vətəndaşı borcdan azad edə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Ancaq təcrübə onu göstərir ki, vətəndaşlar bu kimi hüquqi məsələdən çox vaxt xəbərsiz olur.
Mövcud problemlə bağlı “Qafqazinfo” ya açıqlama verən Vəkillər Kollegiyasın üzvü Paşa Səfərov bildirib ki, vətəndaş bankdan kredit götürdüyü pulla çox zaman avtomaşın alır və həmin avtomaşını götürdüyü kredit təminatı kimi girova (ipotekaya) qoyur və bu barədə tərəflər arasında müvafiq olaraq girov (ipoteka) müqaviləsi bağlanılır: “Sonradan vətəndaş krediti ödəməkdə çətinlik çəkdiyi zaman əksər hallarda kreditin təminatı kimi girova (ipotekaya) qoyulmuş avtomaşını banka qaytarır, yaxud bank həmin avtomaşını vətəndaşdan alır. Əksər hallarda bu alınma məcburi qaydada həyata keçirilir.

Amma banklar adətən bununla kifayətlənmir, vətəndaşa qarşı borcun, ona hesablanmış faizin tutulması, tutmanın girov qoyulmuş avtomaşına yönəldilməsi ilə bağlı iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edir.

Halbuki Mərkəzi Bank tərəfindən 18 noyabr 2008-ci il tarixdə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi qaydalarına” əsasən, bankdaxili qaydalarda ən azı aşağıdakı tənzimləmə tədbirləri əks olunmalıdır:
– borcalan tərəfindən əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinə, əlavə təminatın verilməsinin təmin olunmasına yönəldilmiş tədbirlər;

– borcalanın maliyyə imkanlarını və ödəmə qabiliyyətini gücləndirmək yollarının tapılması istiqamətində borcalanla birgə tədbirlərin görülməsi (məsləhətçi xidmətlərinin cəlb edilməsi, əməliyyat xərclərinin azaldılması və/və ya gəlirlərin artırılması, aktivlərin satılması proqramının hazırlanması, müəssisənin yenidən təşkili, borcun restrukturizasiyası proqramının hazırlanması, kreditin şərtlərinin dəyişdirilməsi və s.

– kredit üzrə borcalanın öhdəliklərinin başqa fiziki və ya hüquqi şəxsə ötürülməsi; borcun qaytarılması üçün qanunvericilikdə müəyyən edilmiş qaydada kredit təminatına tələbin yönəldilməsi”.

Onun sözlərinə görə, məhkəmə çox hallarda bankın iddia tələbini təmin edərək, vətəndaşdan borcun, ona hesablanmış faizin tutulması, tutmanın girov qoyulmuş avtomaşına yönəldilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Həmin qərarın icrası zamanı, demək olar ki, əksər hallarda borcun girov qoyulmuş avtomaşına yönəldilməsindən sonra, avtomaşının satışından əldə olunan vəsait borcu tam şəkildə ödəmir və belə olan halda borcun yerdə qalan hissəsi “İcra haqqında” Qanunun müvafiq normalarına uyğun olaraq vətəndaşdan tələb olunur”.

P. Səfərov əlavə edib ki, “əgər borclu olan şəxs borcunun bir hissəsini müvafiq qaydada ödəyibsə və sonradan müəyyən səbəblərə görə (məsələn, maddi vəziyyətinin pisləşməsi və s.) borcu ödəyə bilməmişsə və bankdan götürdüyü kreditlə müvafiq olaraq aldığı və kreditin təminatı kimi girov qoyulmuş avtomaşını banka qaytarmaq niyyətində olduğunu bildiribsə və bank avtomaşını qəbul edibsə, bu artıq borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilmiş hesab olunması üçün əsasdır: “Artıq belə mübahisələrlə bağlı bir neçə mülki iş üzrə sözügedən məhkəmə qətnamələri mövcuddur və həmin qərarlar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılıb. Belə ki, son zamanlar bu cür mübahisələrdə iki iş üzrə məhkəmə vətəndaşın xeyrinə qərar qəbul edib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button