2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan beynəlxalq təşkilatların hesabatlarında

DİN-dən idarə olunan kibercasus qrup

“Facebook”, “Instagram” və “WhatsApp” kimi böyük sosial şəbəkələri özündə birləşdirən “Meta” şirkəti 2022-ci ilin birinci rübü ilə bağı yaydığı hesabatda bildirib ki, Azərbaycana məxsus kibercasus şəbəkəsi aşkarlanıb və ləğv edilib.

Həmin qrup Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən koordinasiya edilib.

Saytların yığılması Saytlarin yigilmasi
Foto: DİN

Avropa Şurasının hesabatı: azərbaycanlı jurnalistlərin də adı var

“Azərbaycan hökuməti hələ də mediaya nəzarət edir. Eyni zamanda, müstəqil mediaya təzyiq digərlərilə yaxşı münasibət qurmaq şəklində özünü göstərir”.

Avropa Şurasının Jurnalistikanın Qorunması və Jurnalistlərin Təhlükəsizliyinin Təbliği Platformasının hesabatında belə deyilir.

“Gərginlik və münaqişə vaxtı mətbuat azadlığının qorunması” adlı hesabatda qeyd edilir ki, Azərbaycan hökuməti yanında olan media sistemi formalaşdırır. Həmin media qurumlar hökumətin ideya və informasiyasını yayır.

Yerdə qalan müxalif və müstəqil media isə sıradan çıxarılır.

Avropa Şurası Parlament AssambleyasıAvropa Şurası Parlament Assambleyası
Foto: arxiv

“İlham Əliyev tənqidçiləri amansızcasına susdurmağa çalışır”

“Prezident İlham Əliyev plüralizmin bütün təzahürlərini silib və 2014-cü ildən bəri qalan tənqidçiləri amansızcasına susdurmağa çalışır”.

“Sərhədsiz Reportyorlar” Təşkilatının açıqladığı 2022-ci ilin Mətbuat Azadlığı İndeksini hesabatında bildirilir.

Həmin hesabatda Azərbaycan 180 ölkə arasında 154-cü yerdə qərarlaşıb.

Topladığı bala görə yaxın qonşuları Belarus (153), Rusiya (155), Əfqanıstan (156) olub.

Cənubi Qafqazın digər iki ölkəsi Gürcüstan 89, Ermənistan isə 51-ci yerdə qərarlaşıb.

Hesabatda bildirilir ki, Azərbaycanda faktiki olaraq bütün media sektoru rəsmi nəzarətdədir. Dövlət televiziyası ən populyar informasiya mənbəyidir:

“Ölkə daxilindən müstəqil televiziya və ya radio yayımlanmır, tənqidi mövqedən çıxış edən bütün çap qəzetləri bağlanıb. Dövlət senzurasının hədəfində olan “Azadlıq” radiosu (RF/RL) və Meydan TV kimi müstəqil xəbər saytlarının əksəriyyəti xaricdə məskunlaşıb”.

“Sərhədsiz Reportyorlar”“Sərhədsiz Reportyorlar”
Foto: “Sərhədsiz Reportyorlar”

“Azərbaycan təhdid və zorakılığa dərhal son qoymalıdır”

“Azərbaycan ifadə azadlığına qarşı təhdid və zorakılığa dərhal son qoymalıdır”.

“Human Rights House Foundation” son zamanlar Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə və fəallara qarşı təhdidlərdən narahatdır.

Bu istiqamətdə yaydığı hesabatda bildirir ki, Azərbaycanda zorakılıq dalğası, habelə dövlətin müdaxiləsi ilə bağlı yayılan iddialar və hakimiyyətin cinayətkarları tez bir zamanda məsuliyyətə cəlb etməməsi yaxşı hal deyil:

“Biz Azərbaycan hakimiyyətini jurnalistlər və digər hüquq müdafiəçiləri üçün təhlükəsiz mühiti təmin etməyə və onlara qarşı təhdid və zorakılığa görə məsuliyyət daşıyanların tam məsuliyyətini təmin etməyə çağırırıq”.

Human Rights Watch, Foto: By Casimiro PT/Shutterstock

120 ölkədə büdcə şəffaflığı: Gürcüstan birinci yerdədir, Azərbaycan isə…

Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatı Açıq Büdcə İndeksini (Open Budget Index) açılayıb.

Azərbaycan büdcə şəffaflığı üzrə 100 baldan 57-ni toplayaraq, 120 ölkə arasında 44-cü yerdə qərarlaşıb.

Azərbaycanın ən aşağı bal topladığı bənd isə məlumatların açıqlanması ilə bağlıdır: 9 bal.

Ölkənin büdcə məlumatlarının açıqlanması səviyyəsi məhdud qiymətləndirilib.

Gürcüstan parlamentiGürcüstan parlamenti
Gürcüstan parlamenti. Foto: arxiv

Azərbaycanın BMT-nin hesabatında yeri: pandemiya nələri üzə çıxarıb?

COVID-19 pandemiyası dünyanın bir çox yerində sosial müdafiə sahəsinə ciddi zərbələr vurub.

Pandemiya həm də insan hüquqları, sosial təhlükəsizlik, bərabərsizlik boşluqları üzə çıxarıb.

BMT Beynəlxalq Əmək Təşkilatının ən son açıqlanan Qlobal Sosial Müdafiə Hesabatında belə deyilir.

Hesabatın Azərbaycanla bağlı hissədə qeyd edilir ki, bu ölkədə aztəminatlı əhalinin yalnız 13.4 faizi sosial yardım proqramı ilə əhatə olunub.

Bu göstərici Ermənistanda 19.6, Gürcüstanda 92,9, Qırğızıstanda 14.1, Özbəkistanda 15.6, Qazaxıstanda 74.2 faizdir. Azərbaycanın da daxil olduğu kateqoriyada ən aşağı göstərici 7.5 faizlə Tacikistandadır.

Hesabatda bildirilir ki, Azərbaycanda qeyri-sığorta əsaslı pensiya məbləğinin mütləq yoxsulluq həddi hesab olunan məbləğə nisbəti 46,6 faizdir. Üstəlik, Azərbaycan və Ermənistanda pensiya yaşına çatmış yaşlı əhalinin təqaüd sistemi ilə əhatə səviyyəsi son 20 ildə kəskin şəkildə aşağı düşüb.

BMT Beynəlxalq Əmək Təşkilatı, Foto: Michael Derrer Fuchs/Shutterstock

Beynəlxalq korrupsiya indeksi: Azərbaycan Cibuti və Toqo ilə eyni sırada

Azərbaycanın Korrupsiyanı Qavrama İndeksi 100 ballıq sistemdə 30-dur. Bu, aşağı göstərici sayılır.

Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency International – TI) Korrupsiyanı Qavrama İndeksi (KQİ) hesabatında belə deyilir.

Azərbaycan son 10 ildə KQİ-nin hesabatında ən aşağı sıralardadır. Balı isə 25-30 arasında dəyişir.

30 balla Azərbaycan Cibuti, Toqo, Bolivia, Dominikan Respublikası, Kenya, Laos, Paraqvayla eyni sıradadır.

Cənubi Qafqazın digər ölkəsi Gürcüstan 100 ballıq sistemdə 55-ci, Ermənistan isə 49-cu yerdədir.

Hesabatın Azərbaycanla bağlı hissəsində bildirilir ki, bu ölkədə fərqli düşünən insanlara, azad mediaya təzyiqlər edilir.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi – Mənbə: Trend

“Azərbaycan “qeyri-azad” ölkədir”

Azərbaycan fundamental azadlıqlara görə “qeyri-azad” ölkələr siyahısında yer alıb.

“Freedom House” insan haqları təşkilatının “Dünyada Azadlıq 2022” hesabatında belə deyilir.
“Qeyri-azad” ölkələr kateqoriyasında Azərbaycanla bərabər daha 56 ölkə var.

Əfqanıstan, Algeria, Anqola, Bəhreyn, Belarus, Brunei, Burundi, Çad, Kuba və bir sıra başqa ölkələr də “qeyri-azad” sayılıb.

Bu ölkələrdən 16-sı siyasi hüquqlar və mülki azadlıqlara görə ən pis bal toplayıb. Azərbaycan da onların içindədir.

Qonşu Ermənistan və Gürcüstan “qismən azad” ölkələr kateqoriyasına düşüb.

“Freedom House”“Freedom House”
Foto: Meydan TV

İqtisadi Azadlıq İndeksi: Azərbaycan Paraqvay, Bəhreyn və Afrika ölkəsi ilə yan-yana

Azərbaycan iqtisadiyyatı “orta azad” kateqoriyasına salınıb. Bu baxımdan Fildişi Sahili (Afrikada ölkə) ölkəsi ilə yan-yanadır.

İqtisadiyyatının azadlığına görə, Vanuatu, Paraqvay və Bəhreyn Azərbaycandan öncə gələn 3 ölkədir.

Heritic Fondunun (Heritage Foundation) dünyada iqtisadi azadlığın durumuna dair açıqladığı “2022-ci il İqtisadi Azadlıq İndeksi”ndə belə bildirilir.

Hesabatda Azərbaycan 75-ci pillədə yer alıb.

İndeks iqtisadi azadlığın 12 kateqoriyası üzrə 0-100 ballıq şkala üzrə 177 ölkəni dəyərləndirib.

Kateqoriyalar üzrə həmin ölkələrin orta balı hesablanıb.

Bura əmlak hüquqları, effektiv ədliyyə, hökumətin bütövlüyü, vergi yükü, hökumətin xərcləri, biznes azadlığı, fiskal sağlamlıq, monetar azadlıq, əmək azadlığı, ticarət azadlığı, investisiya azadlığı və maliyyə azadlığı daxildir.

Builki hesabatdan aydın olur ki, dünya ölkələrinin əksəriyyəti iqtisadi azadlıqda geriləyib.

Heritic Fondu. Foto: JHVEPhoto/shutterstock

Azərbaycanla qonşu ölkələrə gəlincə, Gürcüstan 26-cı sırada yer alıb. Bununla “əsasən azad” ölkələr sırasına düşüb. Bu kateqoriyada 27 ölkə var.

Gürcüstandan əvvəldə Çexiya, ABŞ, İngiltərə, sonrasında isə Malta gəlir.

Ermənistan da Azərbaycan kimi “orta azad” kateqoriyasına düşüb. Ancaq Azərbaycandan 17 pillə öndə, 58-ci yerdə qərarlaşıb. Əvvəlində İtaliya, sonrasında isə Serbiya, Kolumbiya gəlir.

Avropa Parlamentində qətnamə: Azərbaycan mədəni abidələri silməkdə günahlandırılır

Avropa Parlamenti Azərbaycanı Dağlıq Qarabağda və ətraf ərazilərdəki erməni mədəni irsinə qarşı münasibətinə görə tənqid edən qətnamə qəbul edib.

Qətnamənin leyhinə 635, əleyhinə 2 səs verilib, 42 millət vəkili isə bitərəf qalıb.

Sənəddə bildirilir ki, Azərbaycan Dağlıq Qarabağda və onun ətrafında erməni mədəni irsini “silmək və inkar etmək” siyasəti yürüdür. Bu da beynəlxalq hüquqa zidd davranışdır:

“Regionda erməni mədəni irsinin silinməsi siyasəti aparılır. Bu, Azərbaycan hakimiyyəti tərəfindən edilir və ermənilərə qarşı nifrətin daha geniş sxeminin tərkib hissəsidir. Mədəni irs gələcək nəsillər üçün qorunub saxlanmalıdır”.

Bakı. Foto: ETIBARNAME/shutterstock

BMT-nin təhsil və rifah hesabatı: Azərbaycan 91-ci yerdədir

Azərbaycan uzunömürlük, təhsil və iqtisadi rifah sahəsində 195 ölkə arasında 91-ci yerdədir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı yeni hesabatda belə deyilir.
Qeyd edilir ki, ümumiyyətlə, dünyada 10 illərlə davam edən irəliləyişlər pandemiya səbəbindən xeyli geriləyib.

Qonşu ölkələrə gəlincə, Ermənistan, Gürcüstan və Türkiyədə durumlar Azərbaycana baxanda yaxşıdır.

Ermənistan siyahıda 85, Gürcüstan 63, Türkiyə isə 48-ci yerdə qərarlaşıb.

Təhsil. Foto: “azedu.az”

Neft gəlirlərindən asılı Azərbaycanı gözləyən risklər…

Neft və qazdan asılılığın Azərbaycana yaratdığı problemlər gələcəkdə daha da kəskinləşəcək.

Dünya Bankının Azərbaycan üzrə iqtisadi memorandum hesabatında belə deyilir.

Hesabat müəllifləri bildirir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı belə neft gəlirlərinə bağlıdır.

Odur ki, gələcəkdə qlobal enerji keçidinin Azərbaycana təsirləri mənfi olacaq.

“Dünya iqtisadiyyatı bərpa olunan enerji ilə təminat üzərində çalışır. Bu da gəlirinin böyük hissəsi neftdən asılı olan Azərbaycan üçün asan olmayacaq”, – deyə hesabatda vurğulanıb.

Neft və dollar. Foto: GAS-photo/shutterstock

Azərbaycanda ədalət sisteminin qiyməti

Avropa ölkələrinin büdcəsindən ədalət sisteminə hər bir vətəndaş üçün təxminən 79 avro ayrılır. Azərbaycanda isə bu rəqəm cəmi 9,6 avrodur.

Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (The European Commission for the Efficiency of Justice – CEPEJ) hesabatında belə deyilir.

Hesabatda bildirilir ki, Azərbaycan icra olunan məhkəmə sisteminin büdcəsinə 96 milyon 538 min avro xərcləyib. Bu da vətəndaşların hər nəfərinə təxminən 9,6 avro deməkdir. Ümumi büdcənin cəmi 34 faizi prokurorluq xidmətlərinə xərclənir.

2020-ci ildə büdcənin təxminən 64 faizə yaxını isə bütün məhkəmələrə sərf edilib. Hüquqi yardıma xərclənən isə ümumi büdcənin cəmi 2 faizidir.

Ədalət sistemi, məhkəmə. Mənbə: BERMIX STUDIO/shutterstock

Azərbaycanda internet azad deyil

“Azərbaycanda “Media haqqında” məhdudlaşdırıcı qanun qəbul edilib. Medianın xaricdən maliyyələşməsi də yasaqdır. “Media haqqında” yeni qanun isə mövcud vəziyyəti daha da pisləşdirib. Dövlət təqibi ücbatından Azərbaycanda bəzi hallarda jurnalistlər xaricdən fəaliyyət göstərməyə məcbur qalıb”.

“Freedom House”un 2022-ci il üçün İnternet azadlığı hesabatında belə deyilir.

İnternet azadlığına gəlincə, Azərbaycan 38 xalla interneti azad olmayan ölkələr sırasında yer alıb.

Ümumilikdə isə indeksləşdirmə üç kateqoriya üzrə aparılıb: azad, qismən azad və azad olmayan.

Səbəblərə gəlincə, hesabat müəllifləri qeyd edirlər ki, Azərbaycanda xarici saytlara giriş bloklanıb. Eyni zamanda, siyasi, sosial və ya dini məzmunda gedən materiallara senzura var və ya bir çox hallarda yayımına icazə yoxdur.

Bu barədə məlumatları dərc edə bilən müstəqil media və xarici saytların isə məzmununu məhdudlaşdıran yeni qanun qəbul edilib.

VillageVillage
Foto: Meydan TV

Hesabatda qeyd edilir ki, hökumətyönlü şərhçilər onlayn müzakirələri manipulyasiya edir.

“Müstəqil media, hökuməti tənqid edən şəxslər və fəal vətəndaş cəmiyyəti nümayəndələri daim texniki hücumlara məruz qalır”.

Fransa Senatı Azərbaycanla bağlı qətnamə qəbul edib

Noyabrın 14-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib.

Toplantıda iştirak edənlərin 296 nəfərdən 295-i layihəni dəstəkləyib, 1 nəfər sənədin əleyhinə səs verib.

Fransa Senatı. Mənbə: Jo Bouroch/shutterstock

Qətnamədə Azərbaycandan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi tələb olunub.

Eyni zamanda, Azərbaycan və onun tərəfdaşları qarşısında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsi, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılması tələbi qoyulub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button