2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Azərbaycan böhrandan yan keçdi” – Ziyafət Əsgərov

Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən “İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” adlı elmi-praktik konfransda deyib.
Z.Əsgərov qeyd edib ki, bu gün Azərbaycanın təhlükəsizlik sistemində gömrük sisteminin həqiqətən özünəməxsus yeri var: “İxrac-idxal əməliyyatlarının aparılmasında, eyni zamanda Azərbaycanda həyata keçirilən iqtisadi planların, iqtisadi göstəricilərin yerinə yetirilməsində bizim gömrük orqanlarının çox böyük rolu var”.
Birinci vitse-spiker xatırladıb ki, bu yaxınlarda ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə iqtisadiyyatın müxtəlif sahələrinə dair yol xəritələri təsdiq olundu: “Bu yol xəritələrinin təsdiq olunmasında gömrük orqanlarının qarşısında çox böyük vəzifələr durur və mən əminəm ki, gömrük orqanları bunların öhdəsindən gələcək. Məsələn, Şimal-Cənub layihəsi, Türkiyə ilə dəmir yolu əlaqələrinin Gürcüstan vasitəsilə bərpa olunması layihəsində və ümumiyyətlə, bizim regionda hansı layihələr həyata keçirilirsə, hamısında gömrük orqanlarının mütləq öz payı var”.
Z.Əsgərovun sözlərinə görə, ümumiyyətlə, iqtisadiyyatın təhlükəsizlik məsələsi hazırda Azərbaycanda aparıcı istiqamətlərdən biridir:
“Bilirsiniz ki, dünyada iqtisadi-ticari böhran hələ də davam edir. Azərbaycan bu böhrandan demək olar ki yan keçdi. Amma müəyyən nəticələri bizə də toxundu. Buna baxmayaraq, 2016-cı ili çox yüksək göstəricilərlə başa vurduq. Əminəm ki, 2017-2018-ci illərdə də Azərbaycan iqtisadiyyatı irəliləyən templərlə inkişaf edəcək və gələcəkdə gömrük orqanlarının və Azərbaycanın iqtisadi təhlükəsizlik sistemində xüsusi rol oynayan digər orqanların da inkişafını görəcəyik”.
Trend

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button