2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan bu dəfə də ABŞ Demokratiya Sammitinə dəvət olunmadı

Yayımlandı: 23 Mart 2023 16:15

Sammitə daha 8 ölkə qatılacaq

Bayden Administrasiyası 120 dünya liderinə gələn həftə keçiriləcək Demokratiya Sammitinə dəvətnamə göndərib. Dəvətlilər arasında Azərbaycan yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə məlumatı “Turan” yayıb.

Biz 2021-ci ilin dekabrında ilk sammitə dəvət olunmuş hökumətləri və tərəfdaşlarımızı yenidən dəvət etdik, həmçinin bütün dünyadan səkkiz yeni hökumət əlavə etdik”, – deyə ABŞ prezidentinin xüsusi köməkçisi Rob Berşinski martın 23-də keçirdiyi brifinqdə bildirib.

Rob Berşinski yeni hökumətlərin adlarını sadalayıb:

Bu, Bosniya və Herseqovina, Lixtenşteyn, Kot-d’İvuar, Qambiya, Mavritaniya, Mozambik, Tanzaniya və Hondurasdır”.

Cozef Bayden, Foto: Ağ Ev

Berşinskinin sözlərinə görə, qarşıda duran sammit demokratik institutların möhkəmlənməsinə, korrupsiyaya qarşı mübarizəyə və insan hüquqlarının müdafiəsinə yönəlib.

Bildirilib ki, martın 30-da ABŞ-da keçiriləcək tədbir demokratiya üçün texnologiyaların təşviqinə həsr olunacaq:

Bayden Administrasiyası həmçinin gələn həftə demokratiya və hüquq müdafiəsi haqqında bir sıra yeni təşəbbüsləri açıqlayacaq. Buraya azad və müstəqil KİV-lərin dəstəklənməsi, korrupsiyaya qarşı mübarizə, demokratik islahatların və hüquq müdafiəçilərinin dəstəklənməsi, azad və ədalətli seçkilərin müdafiəsi üzrə yeni və mövcud təşəbbüslər üçün 400 milyon dollardan çox vəsait ayrılması daxildir”.

Azərbaycana və dəvət olunmayan digər ölkələrə gəlincə isə, Berşinskinin sözlərinə görə, Vaşinqtonun bu ölkələrin xalqlarına müraciəti açıqdır:

“Dəvət olunmayan ölkələrin fəallarına demək istərdik ki, onlar bu prosesdə özünəməxsus şəkildə iştirak edirlər. Onların da demokratiya dəyərlərinin təşviqində iştirak etmək imkanı olacaq”.

Rob Berşinski. Foto: “Turan”

“Demokratiya Sammitinin mahiyyəti demokratiyaya töhfə verən bütün iştirakçıları onun dəyərlərinin daha yaxşı təşviqi üzrə öhdəliklər götürməyə vadar etməkdən ibarətdir və bu, təkcə hökumətlərlə məhdudlaşmır”,– deyə Berşinski fikrini tamamlayıb.

Bundan əvvəlki ABŞ Demokratiya Sammiti 2021-ci ilin dekabrın 9-u və 10-da keçirmişdi. Həmin sammitə Rusiya, Türkiyə, Azərbaycan və bəzi ölkə başçıları dəvət almamışdılar. Bu, Azərbaycan hakimiyyətinin tənqidlərinə səbəb olmuşdu. Prezident İlham Əliyev ötən il yanvarın 12-də yerli televiziyalara müsahibəsində bu məsələyə toxunaraq xüsusilə Azərbaycandan fərqli olaraq Ermənistanın dəvət almasına iradını bildirmişdi:

Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan, necə deyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib? Yəni bu, açıq ayrı-seçkilikdir”.

Amma müxalifətdə olan Milli Şuranın rəhbərliyi Azərbaycanda insan hüquqların daha çox pozulduğunu bəyan etmişdi:
 “Demokratiya Sammitinə dəvət edilməməsinin səbəblərini İlham Əliyevin siyasətində axtarmaq lazımdır”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button