2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycan bu il xarici dövlət borcunu və onun ÜDM-ə nisbətini 3% azaldıb

Bu il iyulun 1-nə Azərbaycanın beynəlxalq maliyyə bazarlarında yerləşdiridiyi istiqrazlar, habelə əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə vaxtı çatmış və yerinə yetirilmiş öhdəlikləri nəzərə alınmaqla birbaşa xarici dövlət borcu 7 839 milyon ABŞ dolları və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 16,6 %-ni, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 764,4 milyon dollar və yaxud ÜDM-in 1,6%-ni təşkil etməklə, şərti öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 8603,4 milyon dollar və yaxud ÜDM-in 18,2%-ni təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.

Məlumata görə, bu ilin əvvəli ilə müqayisədə Azərbaycanın xarici dövlət borcu və onun ÜDM-ə nisbəti 2,5% azalıb,

Saytların yığılması Saytlarin yigilmasi

“Koronavirus (COVİD-19) pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatda müşahidə edilən canlanma meyilləri ÜDM-in artım trayektoriyasına qayıtmasını, habelə xarici dövlət borcunun ötən ilin sonuna artmış ÜDM nisbətinin bu ilin ilk 6 ayında azalmasını şərtləndirib”, – deyə nazirlik bəyan edib.

İyunun sonuna birbaşa daxili dövlət borcu 2 495,2 milyon manat və yaxud ÜDM-in 3,1%-ni, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 231,1 milyon manat və yaxud ÜDM-in 0,3%-ni təşkil etməklə, şərti öhdəliklər nəzərə alınmaqla daxili dövlət borcu 2 726,3 milyon manat və yaxud ÜDM-in 3,4%-ni təşkil edib. Birbaşa daxili dövlət borcunun 2 488,3 milyon manatını (99,7%) daxili maliyyə bazarında emissiya edilmiş dövlət istiqrazları, 6,9 milyon manatını (0,3%) isə Azərbaycan Mərkəzi Bankının xeyrinə 2003-cü ildə buraxılmış dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edib.

Bu ilin əvvəli ilə müqayisədə daxili dövlət borcu 784 milyon manat artıb ki, bunun da əsas səbəbi daxili dövlət borcalmasının artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının, dolayısı ilə maliyyə-bank sektorunun dəstəklənməsi, dövlət borcu üzrə qısa və orta müddətli gəlirlik əyrisinin formalaşdırılması və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsinə dair məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi olub. Bu siyasət çərçivəsində dövlət istiqrazlarının emissiyasının xalis artım həcminin cari ildə 1,3 milyard manata çatdırılması nəzərdə tutulub.

İyulun 1-nı dövlət borcunun (xarici və daxili) ümumi məbləği 17 352,0 milyon manat və yaxud ÜDM-in 21,6%-ni təşkil edib. Məcmu dövlət borcunun 14 625,7 milyon manatı (8 603,4 milyon dollar) və yaxud 84,3%-i xarici dövlət borcunun, 2 726,3 milyon manatı və yaxud 15,7%-i daxili dövlət borcunun payına düşür.

Report

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button