2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan Cənubi Koreya şirkətlərini işğaldan azad edilən ərazilərdəki layihələrə dəvət edib

Bakı/19.08.21 Azərbaycan Prezidenti İlham Əliyev bu gün Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Əliyev nümayəndə heyətinin səfərinin Koreya-Azərbaycan əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Koreya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə layihələrdə iştirak edirlər və Əliyev ticarət -iqtisadi əlaqələrin həcminin bundan sonra da artacağına ümid etdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik. Mən artıq dəfələrlə demişdim ki, bu layihələrdə Azərbaycan üçün dost olan ölkələrin şirkətləri iştirak edəcəklər. Görüləcək işlərin həcmi çox böyükdür. Biz 10 min kvadratkilometr ərazisi olan yerləri yenidən qurmalıyıq”, – deyə Əliyev bildirib.

Əliyev qeyd edib ki, parlamentlərarası əlaqələrimizin inkişafı üçün də yaxşı imkanlar var.

Cənubi Koreya parlamentinin başçısı, əlamətdar bir ildə – iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə baş tutan səfərdən məmnun olduğunu qeyd edib.

Onun fikincə, əməkdaşlığın potensialı hazırkı inkişaf səviyyəsindən daha çoxdur və onların artırmaq üçün imkanlar var.—06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button