2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan daha 13 ölkədən uçuşlara məhdudiyyətləri götürüb

Bakı/04.09.21 Sentyabrın 6-dan Azərbaycana daha 13 ölkədən aviareyslər yerinə yetirilə bilər. Belə ki, “Xüsusi karantin rejiminin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması tədbirləri haqqında” qərara dəyişikliklərin edilməsi barədə qərara müvafiq düzəlişlər edilib.

Əsasən 6 sentyabr 2021-ci ildən Çin, Estoniya, Finlandiya, Honq Konq (ÇXR), Fransa, Xorvatiya, İslandiya, İtaliya, Latviya, Litva, Malayziya, Səudiyyə Ərəbistanı və Yaponiyadan hava Nəqliyyatı ilə Azərbaycan Respublikasına gəlməyə icazə verilir.

Azərbaycana bu ölkələrin vətəndaşları və ya onların ərazisində daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gələ bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bu zaman Azərbaycan ərazisinə keçmək üçün COVID-19 (COVİD-19-a qarşı tam vaksinasiyanı və ya COVİD19-dan sağaldıqdan sonra sonra immunitetin olmasını təsdiq edən sənəd) pasportunun və uçuşdan 72 saat öncə verilmiş mənfi nəticəli PCR testinin olması lazımdır.

1 yaşından 18 yaşınadək olan sərnişinlər üçün ancaq PCR testinin mənfi nəticəsini təsdiq edən sənədin təqdim olunması tələb olunur.

Bundan öncə, iyunun 10-dan başlayaraq Azərbaycan dünyanın 29 ölkəsindən uçuşlara dair məhdudiyyətləri mərhələli şəkildə ləğv edib.- 06B-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button