2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan daha 20 ölkənin sakinlərinin ölkəyə giriş-çıxışına icazə verib

Bakı/02.08.21 Nazirlər Kabineti vətəndaşlarının hava yolu ilə Azərbaycana gəlişinə icazə verilən ölkələrin siyahısını genişləndirib.

Belə ki, avqustun 5-dən etibarən daha 20 ölkədən – Almaniya Federativ Respublikası, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Sloveniya, Slovakiya, Yunanıstan vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının Azərbaycana gəlişinə qoyulan məhdudiyyət aradan qaldırılır.

Həmin ölkələrin, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında icazə verilir. Bu şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əvvəl, iyunun 10-dan etibarən Rusiya və Türkiyə, iyunun 21-dən isə ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qatar vətəndaşlarının ölkəyə gəlişinə icazə verib. -16D06-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button