2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycan daha bir beynəlxalq reytinqdə irəlilədi, MDB-də liderdir

Mülkiyyət hüququnun qorunması səviyyəsinə görə qlobal reytinqdə Azərbaycan əvvəlki ilə nisbətən 13 pillə irəliləyərək 129 ölkə arasında 67-ci yerdə qərarlaşıb.

“Beynəlxalq Mülkiyyət Hüquqları İndeksi-2020” (International Property Right Index-2020) hesabatına görə Azərbaycanın indeksi 5,348 təşkil edib.

Bu göstərici ilə Azərbaycan reytinqə daxil edilən Gürcüstanı (73-cü yer), Ermənistanı (83-cü yer), Qazaxıstanı (85-ci yer), Rusiyanı (88-ci yer), Ukraynanı (105-ci yer) və Moldovanı (111-ci yer) geridə qoyub. Ölkəmiz məhkəmələrin müstəqilliyi, fiziki əmlakın qorunması, mülkiyyətin qeydiyyatı, kreditlərin əlçatanlığı, intellektual mülkiyyətin qorunmasının dərk edilməsi kateqoriyalarında liderdir. Dünya üzrə vətəndaşların mülkiyyət hüququ ən yaxşı şəkildə Finlandiya, İsveçrə və Sinqapurda, ən pis – Haitidə qorunur.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, indeks Mülkiyyət Hüququ Alyansı (Property Rights Alliance) tərəfindən 2007-ci ildən dərc edilir. Reytinqdə istifadə olunan göstəricilər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, Ümümdünya Ticarət Təşkilatı və sair mənbələrdən əldə olunan məlumatların statistik analizinə əsaslanır.

report

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button