2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan demokratiya balına görə Qafqazda sonuncudur

Ölkəyə seçki prosesi, vətəndaş cəmiyyəti, müstəqil media, demokratik idarəçilikdə ən aşağı bal verilib

Saytların yığılması Saytlarin yigilmasi

“Freedom House” insan haqları təşkilatı aprelin 4-də “Keçid ölkələri 2017” (Nations in Transit 2017) hesabatını açıqlayıb. Sayca 22-ci hesabatda Mərkəzi və Şərqi Avropa, Balkanlar və Avrasiyada demokratiyanın durumundan söz açılır.

Ölkələr 1-7 bal üzrə dəyərləndirilib. Burada 1 ən yüksək, 7 ən aşağı göstəricidir. 

Azərbaycan seçki prosesi, vətəndaş cəmiyyəti, müstəqil media, milli demokratik idarəçilik, məhkəmə qanunvericiliyi və müstəqilliyi, korrupsiya kateqoriyaları üzrə 7 balla qiymətləndirilib. Təkcə, yerli demokratik idarəçilik üzrə 6.50 bal toplayıb. Bu göstəricilər əsasında hesablanan demokratiya balı isə 6.93 olub. 

Ötən il bu rəqəm 6.86 olub. 

Qonşu Gürcüstanın demokratiya balı 4.61, Ermənistanın isə 5.39-dur.

“Freedom House”un hesabatına salınmış 29 ölkənin yarıdan çoxunda demokratiya göstəriciləri düşüb – 18 ölkənin balı salınıb. Bu, 2008-ci ilin qlobal maliyyə böhranından bəri ikinci ən böyük düşüşdür.

Hesabatda regiondakı 12 ölkənin 5-də korrupsiya xallarının azaldığı, bu sahədə durumun pisləşdiyi göstərilib. Azərbaycan, Türkmənistan və Özbəkistanda isə ən aşağı həddə yuvarlanıb.

Beynəlxalq təşkilatların son bir ildə yaydığı hesabatlarda Azərbaycan ötən illərə baxanda geriləyib. Həmçinin qonşu ölkələrdən geridə qalıb. 

Beynəlxalq “Transparency International” təşkilatının illik açıqladığı “Korrupsiyanı Qavrama İndeksi”ndə Azərbaycan Afrikanın Cibuti, Sierra Leone, Cənubi Asiyadakı Laos, Mərkəzi Amerikadakı Honduras, Paraqvay respublikaları, Meksika və Moldova ilə bir sıradadır. Qafqazın isə korrupsiya çempionudur.  

“The Economist Intelligence Unit” beynəlxalq təşkilatının açıqladığı 2016-cı ilin demokratiya indeksində isə Azərbaycan 165 ölkə arasında 148-ci, Qafqaz ölkələri arasında sonuncudur.

Media sahəsində də durum oxşardır. Sərhədsiz Reportyorlar Təşkilatının sonuncu açıqladığı dünyada mətbuat azadlığı indeksində Azərbaycan 180 ölkə arasında 163-cüdür. Ermənistan 74, Gürcüstan isə 64-cü yerdədir.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button