2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan Den Bilzeryanı “İnterpol”da axtarışa verdi – CİNAYƏT İŞİ

Xarici ölkə vətəndaşı Den Bilzeryanın barəsində Azərbaycanda cinayət işi açılıb.

O, Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz odlu silah əldə etmə, satma) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə ititham edilib.
24saat.org Baş prokurorluğa istinadən xəbər verir ki, 28 avqust 2018-ci il tarixdə Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib mütəşəkkil dəstə tərkibində birləşərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlməsində, həmçinin “Dağlıq Qarabağ Respublikası” adı altında yaradılmış qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə işğal olunmuş ərazilərdə qanunsuz olaraq əldə etdiyi qumbaraatan, tüfəng və digər odlu silahlardan nümayişkaranə atəşlər açmasına əsaslı şübhələr müəyyən edilib

Həmin fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanan cinayət işi üzrə Den Bilzeryan Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək “İnterpol” xətti üzrə beynəlxalq axtarışa elan olunması üçün müraciət edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, ABŞ vətəndaşı olan Erməni əsilli milyonçu Den Bilzeryan qumarbaz və silah alverçisi kimi tanınır. Bir neçə gün öncə “Poker kralı” Den Bilzeryan Qarabağa qanunsuz səfər edib. Onun işğal edilmiş ərazilərimizdə müxtəlif silahdan atəş açması ilə bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Ermənistan mətbuatı yazır ki, Den Bilzeryan Ermənistan ordusuna 30 ədəd M82 Barret və 50 ədəd M110 snayper tüfəngi hədiyyə edib.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button