2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycan dünya bazarına 400 milyon ton neft satıb

Rövnəq Abdullayev: “Bakıdan Avropaya qədər 3500 km uzunluğunda boru sistemi qurulacaq»

SOCAR prezidenti Rövnəq Abdullayevin neft kontraktlarının imzalanmasının 22-ci ildönümü ilə bağlı «Azərbaycan» qəzetində məqaləsi dərc edilib. R.Abdullayev yazır ki, hazırda SOCAR və onun 18 törəmə şirkətləri hasilatın pay bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir. O, bildirir ki, ölkənin neft-qaz sektoruna 54.4 milyard ABŞ dolları sərmayə qoyulub. SOCAR prezidentinin yazmasına görə, 2014-cü il sentyabrın 1-dək Azərbaycanın ixrac neft kəmərləri sistemi ilə dünya bazarlarına 384 milyon tona yaxın neft ixrac olunub. O cümlədən BTC ilə 254.9 milyon, Bakı-Supsa kəməri ilə 69.1 milyon, Bakı-Novorossiysk kəməri ilə 39.1 milyon və dəmiryol ilə 20.5 milyon ton neft daşınıb.
R.Abdullayev vurğulayır ki, «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan 345 milyon ton neft və 100 milyard kubmetr qaz hasil edilib. R.Abdullayev xaricə neft-qaz nəqlinə də toxunur. «Faza-1» üzrə hazırda çıxarılan 9 milyard kubmetr qaza daha 16 milyard kubmetr mavi yanacağın əlavə olunacağını bildirir. SOCAR prezidenti artıq «Faza-2» üzrə mühəndis-layihələndirmə, tikinti və təchizat işlərinə start verildiyini vurğulayır: «Bu nəhəng layihə çərçivəsində Xəzər dənizində ən qabaqcıl sualtı hasilat texnologiyalarının tətbiqi ilə Azərbaycandan Avropaya qədər 3500 km uzunluğunda boru sistemi qurulacaq».
SOCAR prezidenti bu illər ərzində neftçilərə göstərilən qayğıdan da bəhs edib. O qeyd edib ki, son 10 ildə 3 minə yaxın neftçi ailəsi mənzillə təmin olunub: «2010-cu ildə bu məqsədlə yaratdığımız «Neftçi» Mənzil Tikinti Kooperativi uğurla çalışaraq, fəaliyyəti dövründə 1826 neftçi ailəsinə mənzil verilməsini təmin etmişdir. Hazırda SOCAR üzrə 3392 nəfər mənzil uçotundadır. Onların da 2950 nəfəri Bakıda, qalanı isə respublikamızın müxtəlif rayonlarında yaşayır».

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button