2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan ermənilərin Avropadakı “qalası”nı fəth etdi – Düşməndən gözlənilməz ETİRAF

Fransa erməni təşkilatlarının koordinasiya şurasının (CCAF) həmsədri, “Nouvelles d’Armenie” jurnalının baş redaktoru Ara Toronyan Azərbaycana məğlub olduqlarını etiraf edib.

Publika.az xəbər verir ki, A.Toronyan Fransadakı ermənilərin Azərbaycanın aktiv fəaliyyətinə mane ola bilmədiklərini bildirib.

“Görünür, Azərbaycan daha mütəşəkkil şəkildə təşkilatlanıb. Fransa ilə Azərbaycan arasında əhəmiyyətli ticarət-iqtisadi sənədlər imzalanıb. Əminəm ki, Azərbaycan iqtisadi əlaqələri “siyasi ling” olaraq istifadə edir. Biz buna qarşı çıxmağa çalışırıq, fransız hakimiyyəti ilə bütün görüşlərdə Dağlıq Qarabağ məsələsini qaldırır. Lakin biz Azərbaycanın qarşısında acizik və Fransa ilə münasibətlərini dayandırmağı bacarmırıq. Fransada erməni diasporunun fəaliyyəti Azərbaycanın gördüyü işlərin fonunda çox sönük görünür”, – deyə o bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

A.Toronyan əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev həqiqətən bütün gücünü işə salaraq, öz ölkəsinin xeyrinə addımlar atır: “İlham Əliyevdən fərqli olaraq, Ermənistan hakimiyyəti xarici siyasətə və ümummilli məsələlərə tüpürərək, şəxsi maraqları uğrunda boğuşur. Ermənilər dəfələrlə belə hallarla rastlaşıblar və bizim hökmdarlarımızın fərasətsizliyi onlara baha başa gəlib”.

Qeyd edək ki, ABŞ-la yanaşı, Fransa erməni diasporunun ən güclü olduğu ölkələrdən biridir. Hətta Fransa ermənilərin Avropadakı “qalası” hesab olunur. Lakin görünür, rəsmi Bakının apardığı siyasət ermənilərin məğlubiyyəti ilə nəticələnib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button