2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan Ermənistanı təxribatlardan əl çəkməyə və üçtərəfli bəyanatlara əməl etməyə çağırıb

Bakı/11.12.21 Son günlərdə Ermənistan Silahlı Qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirən təxribatlarını davam etdirib.

Bu barədə Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, 8 dekabr 2021-ci il tarixində Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu şəhid olub.

Saytların yığılması Saytlarin yigilmasi

Dekabrın 9-10-da ermənistan hərbi bölmələri Azərbaycan ordusunun Kəlbəcər rayonundakı mövqelərini intensiv atəşə tutub. Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəfin təxribatlarının qarşısı alınıb.

Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması istiqamətində Bakının müvafiq addımlar atdığı bir vaxtda, xüsusilə də 3+3 formatlı məsləhətləşmələr mexanizminin Moskva görüşü ərəfəsində erməni tərəfin təxribatçı fəaliyyətini davam etdirməsi bu ölkənin aqressiv mövqeyini və regional sülh quruculuğu səylərinə xələl gətirdiyini nümayiş etdirir, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İki dövlət sərhədində yaranan gərginlik və Kəlbəcər rayonu istiqamətində törədilən qanlı cinayətin məsuliyyəti birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı bu dövlətin suveren ərazilərini pozmaqda ittiham etməsi tamamilə əsassızdır. Məhz bu kimi saxta ittihamların qarşısını almaq üçün Azərbaycan iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara ən qısa zamanda başlanılmasının tərəfdarıdır.

Əgər Ermənistan həqiqətən bölgədə sülh və sabitlik istəyirsə, o zaman münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmalı və imitasiyalara son verməlidir, Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir.

“Biz erməni tərəfini bölgədə məqsədli gərginlik yaradaraq sülh quruculuğuna əngəl törətmək cəhdlərindən əl çəkməyə və üzərinə götütdüyü öhdəliklərə uyğun olaraq üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq”, – Azərbaycan xarici siyasət idarəsinin bəyanatında bildirilir.—06Â-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button