2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Azərbaycan Fransaya nota verib

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Fransanın İl-de-Frans regionunun prezidenti, ölkə prezidentliyinə namizəd Valeri Pekressin Qarabağ bölgəsinə səfərinə dair məlumat yayıb.

Məlumatda bildirilir ki, dekabrın 22-də Fransanın İl-de-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Valeri Pekress Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər edib: “Seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirildiyinə görə, bununla əlaqədar Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib: “Fransadan olan bir qrup siyasətçinin bu addımının Azərbaycan-Fransa ikitərəfli əlaqələrinə ziyan vurduğu, eyni zamanda, Fransanın regionda nüfuzuna və münaqişənin başa çatmasından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi rola ciddi xələl gətirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb”.

Məlumata görə, Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları ölkəyə girişi arzuolunmaz şəxslər siyahısına salınıb.

Bu açıqlamaya, hələlik, Fransanın Azərbaycandakı səfirliyindən və Valeri Pekressdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün danışıqlar uzun müddət ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılıb. Fransa, ABŞ və Rusiya qurumda həmsədrlərdir.

Ötən il Azərbaycan Ermənistanla müharibə nəticəsində işğal altında olan ərazisinin təqribən üçdə ikisini azad edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin (Xankəndi daxil) tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button