2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan futbolunun gerçək tablosu

Yayımlandı: 24 İyul 2022 16:07

…və ya, iyulun 21-də partlayan “şar”

İyulun 21-i Azərbaycan futbolunun tarixinə yazılan növbəti qara günlərdən biri oldu. Ölkəni UEFA Konfrans Liqasında təmsil edən üç klub – “Neftçi”, “Qəbələ” və “Zirə” ilk oyunlarını keçirdi və hamısı uduzdu. “Neftçi” səfərdə Kiprin “Aris” klubuna 0:2, “Qəbələ” Macarıstanda “Fehervar”a 1:4, “Zirə” Bakıda İsrail “Makkabi”sinə (Təl-Əviv) 0:3 hesabı ilə məğlub oldu. Üç komandanın üç oyunda bir qol vurub, doqquz top buraxması hansı turnirdə oynamaqdan asılı olmayaraq, utancverici nəticə sayılır.

Saytların yığılması Saytlarin yigilmasi

İyulun 21-i axşamından əvvəl isə Azərbaycanın daha bir klubu – “Qarabağ” UEFA Çempionlar Liqasında üç oyun keçirmişdi. Polşa “Lex”ini iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdıran Ağdam komandası, Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Bakıda “Sürix”i (İsveçrə) 3:2 hesabı ilə məğlub etmişdi. İndi “Qarabağ”ı “Sürix”lə İsveçrədə cavab görüşü gözləyir. Amma mövzumuz bu deyil. Mövzu gözümüzün önündə canlanan tablodur: Azərbaycan futbolunun reallığı, gerçək üzü “Qarabağ”ın uğurlu çıxışıdır, yoxsa “Neftçi”nin, “Qəbələ”nin və “Zirə”nin üz qızardan məğlubiyyəti?

Təxminən bir ay əvvəl mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatında çempionluğu bayram etmişdi. “Avropa çempionatı” adı gurultulu, əzəmətli səslənsə də, futbol BÖYÜK deyildi, mini idi. Avropalıların böyük, əsl futbol kimi ciddiyə almadığı, həvəskar yanaşdığı mini-futbol. Ya vəlvələdən, ya zəlzələdən, Azərbaycan millisi mini-futbolda Avropa çempionu olmağı bacardı və… Və başlandı. Sosial şəbəkənin Azərbaycan seqmentində təriflər göydə uçdu, “görürsüz, biz futbol oynamağı bacarırıq, mini-futbol üzrə Azərbaycan millisi Avropa çempionu ola bilirsə, deməli, böyük futbolda da böyük uğurlar qazana bilərik” kimi fikirlər, paylaşımlar, hay-huylar… Doğrudan, həmin günlər futbola mini-düşüncə, mini-məntiqlə yanaşanların bayramı, Azərbaycan futbolunun böyük problemlərini görənlərin “vəssalam, mini-futbolda Avropa çempionu olduqsa, böyük futbolda da qabağımızda duran olmamalıdır” kimi sərsəm fikir sahiblərini təəssüf və təəccüblə izlədiyi günlər idi.

Azərbaycan Mini-Futbol Federasiyası. Mənbə: Mini-Futbol Federasiyası.

Paaart! Ağzına kimi hava ilə doldurulmuş “şar” partladı. Hə, o “şar” iyulun 21-i gecəsi partladı. İttihamlar, tənqidlər, təhqirlər sosial şəbəkənin Azərbaycan seqmentində baş alıb getdi. UEFA Konfrans Liqasında meydançanı boynubükük tərk edən Azərbaycanın üç klubunun, azərbaycanlı futbol idarəçilərinin və azərbaycanlı futbolçuların ünvanına nələr yazılmadı, nələr deyilmədi… Daha kimsə bir ay əvvəl mini-futbol üzrə Azərbaycan millisinin Avropa çempionu olmasını yada salmırdı, kimsə “azərbaycanlı futbolçular futbol oynaya bilir” yazmırdı. Bu, böyük futbolun Azərbaycan üçün böyük tablosu idi. Bu, Azərbaycan futbolunun reallığı idi. Bu, bizim futbolun acı gerçəyi idi.

“Qarabağ”? Fransalı Abdullah Zubiri, kolumbiyalı Kevin Medinanı, braziliyalı Kadi Borgesi, bosniyalı Marko Veşoviçi, seneqallı İbrahima Vadjini, xorvat Filip Ozobiçi götür bu komandadan, çevrilib olacaq “Neftçi”, “Qəbələ”,” Zirə”. Yox, yox, bəlkə, bir az daha üstün, daha güclü. O da sırf baş məşqçisi Qurban Qurbanovun istedadına görə. Amma nəticədə, daim avrokubokların qrup mərhələsində oynayan komanda olmayacaq “Qarabağ” da. Nə vaxtsa güclü legionerləri olmayan, azərbaycanlı futbolçuların “insaf”ına qalan “Qarabağ” da var idi və həmin komanda avrokubokların qrup mərhələsinə yaxınlaşa bilmirdi.

“Zirə”-“Makkabi” oyunu. Mənbə: UEFA-nın rəsmi saytı

“Neftçi”, “Qəbələ”, “Zirə” və başqa klublar niyə “Qarabağ” kimi normal legioner futbolçular transfer etmir” sualını vermək istəsəz, dayanın, bu, artıq başqa yazının mövzusudur. Hələlik gözünüzün önündə canlanan tabloya baxın: 3 klub, 3 oyun, vurulan 1 qol, buraxılan 9 top. Necədir?

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button