2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AZƏRBAYCAN GÖZDƏN ƏLİLLƏR CƏMİYYƏTİNİN SƏDRİ S.A. ABDULLAYEVİN 24 SAAT . ORQ SAYTINDA DƏRC EDİLMİŞ BİR QRUP ŞİKAYƏTÇİNİN İDDİALARINA ETİRAZI

Az GƏC-in rəhbərliyi tərəfinizdən münasibət bildirilməsi üçün göndərilmiş 10.10.2016-cı il tarixli bir qrup ərizəçinin yazdığı iddialara cavab olaraq aşağıdakıları bildirir.

İlk öncə onu diqqətinizə çatdıdırıq ki, sözü gedən iddiaçı vətəndaşlar özləri öz yalanlarının və bir-birlərinə qurduqları qərəzli oyunların qurbanına çevrilmişdirlər. Belə ki, Məzahir (Məzahir Nəsibov nəzərdə tutulur) adlı bir vətəndaş onları aldadaraq hiyləgərliklə işlədiyi plan vasitəsilə onlardan böyük məbləğdə pul vəsaiti mənimsəmişdir.

Az GƏC-in rəhbərliyi münasibət olaraq əsasən onu qeyd edir ki, aldadıldıqlarını qeyd edən ərizəçilərin heç birini şəxən tanımır, heç bir zaman onalara Cəmiyyətin yataqxanası sayılan Nərimanov rayon Fətəli xan Xoyaski 123A ünvanına pasport qeydiyyatına düşmələri üçün heç bir şəkildə icazə məktubu verməmiş, onların heç biri bu müraciət üçün Az.GƏC-ə və Az. GƏC-in rəhbərliyinə müraciət etməmişdirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bizdə olan məlumata əsasən onların hər biri başqasını aldadaraq Məzahir adlı şəxslə tanış etmiş və biri-birini aldadaraq Məzahirin və öz xeyrlərinə pul mənimsəmişdirlər. Az GƏC-in rəhbərliyinə bu da məlumdur ki, Məzahir adlı şəxs bütün bu məsələlərdən sonra ölkəni tərk etmiş və hal-hazırda yeri bəlli deyil. Vaxtaşırı yalan ifadələrlə sosial mediyada çıxışlar edərək ərizəçilər arasında çaxnaşmaya səbəb olan yalan arqumentlər yaymaqla məşğuldur.

Sözü gedən ərizəçiləri aldadan Məzahir onlara gözdən əlillər üçün Nərimanov rayon ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilmiş 132 mənzilli yaşayış binasından mənzillərin veriləcəyini vəd etmişdir. Mənzillərin bölgüsü prosesinə qədər Az GƏC-in rəhbərliyinə heç bir şəkildə müraciət etməyən aldadılmış vətəndaşlar görəsən niyə həmin günə qədər susur və bir dəfə belə olsun Cəmiyyətə üz tutmurdular?!

Belələri arasında məktuba əlavə edilmiş sərəncama əsasən Məsimov Cavanşir Həsən oğlunu da göstərmək olar. Belə ki, C. Məsimov Nərimanov rayon ərazisində ev alqı satqısı ofisi adı ilə dəllalıqla məşğul olaraq vaxtaşırı ərizəçilərlə Məzahir adlı şəxs arasında münasibət quraraq onlardan Məzahir üçün böyük məbləğlərdə pul vəsaiti mənimsəmişdir. C. Məsimov 10-a yaxın belə vətəndaşı aldadaraq Məzahir üçün və öz xeyrinə böyük məbləğlərdə pul vəsaiti mənimsəmişdir.

Redaksiyanız tərəfindən göndərilmiş Az GƏC-in möhürü olan məktub isə əsla Cəmiyyət tərəfindən təqdim edilməmiş, hətta Məzahir adlı şəxs tərəfindən saxtakarlıqla hazırlanmış əsli olmayan bir sənədddir. Az GƏC-in rəhbərliyi mənzillərin bölgüsü prosesində cari ilin mart ayının sonlarında ortaya çıxan şikayətçilərin iddialarına əsasən aidiyyəti orqanlara bu saxtakarlıq barədə məlumat vermiş və dərhal 08.04.2016-cı il tarixdə Nərimanov rayon Prokurorluğuna və Nərimanov rayon Polis idarələrinə həm saxtaskarlıq, həm də dələduzluq faktına əsasən müraciət etmişdir.

Bu müraciətlər həm Nərimanov rayon İcra Hakimiyyəti, həm də Az GƏC-in rəhbərliyi tərəfindən Məzahir adlı şəxsin şikayətçilərə qarşı hərəkət və ya hərəkətsizliyindən irəli gələn faktlara əsaslanaraq edilmişdir. Bu haqda ərizəçilər məlumatlandırılmış və zərərçəkimiş kimi aidiyyəti istintaq orqanlarına dəvət edilmişdirlər. Lakin həmin iddiaçılar dəfələrlə istintaq orqanları tərəfindən çağırılmalarına baxmayaraq yalnız bir neçəsi istisna olmaqla heç biri şikayət ərizəsi vermir, hətta müxtəlif bəhanələrlə boyun qaçırmışdırlar. Bu isə şikayətçilərin məsələdə özlərinin də bir-birlərinə qarşı qərəzli olduğunu göstərən faktordur. Dəfələrlə Cəmiyyətə üz tutan, hətta Az.GƏC-in rəhbərliyinə qarşı çıxan bu şəxslər Cəmiyyətin aidiyyəti istintaq orqanlarına edilmiş müraciətlərinə dəstək olmamış, əksinə zərərçəkmiş kimi istintaqa cəlb edilməkdən boyun qaçırmışdırlar.

Dəfələrlə həm Az GƏC-in, həm Nırimanov rayon İcra Hakimiyyətinin rəhbəriliyi bu vətəndaşlarla görüşlər keçirmiş və onlara Məzahir adlı şəxs tərəfindən aldadıldıqları və bunun üçün aidiyyəti istintaq orqanlarına müraciət etmələri tövsiyyə olunmuşdur. Lakin təəsüf hissi ilə qeyd etməyə ehtiyac duyulur ki, həmin vətəndaşlar heç bir şəkildə şikayət etmək istəmir və dəfələrlə müxtəlif bəhanələr gətirdilər.

Vətəndaşlar tərəfindən təqdim edilmiş sənədlərdən açıqca görünür ki, onlar Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən ümumi əsaslarla mənzil növbəsinə götürülmüşdürlər. Belə olduğu halda hansı iddiaya əsasən onlar gözdən əlillər üçün tikilməkdə olan binadan mənzil tələb edirdilər?! Məgər onlara bəlli deyilmidir ki, bu qanuna zidd hərəkətdir! Bu qanunsuzluğa özləri göz yumaraq Məzahirlə əlbir olmuş və gözdən əlillər üçün tikilməkdə olan binadan mənzil almaq istəyən vətəndaşlar niyə bir dəfə belə olsun nə Gözdən Əlillər Cəmiyyətinə, nə də Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etməmiş, yalnız bina tikilib başa çatdırıldıqdan və mənzil bölgüsü aparıldıqdan sonra ev almayacaqlarını bildikləri və Məzahirin qaçdığı gündən sonra Az GƏC-in rəhbərliyinə qarşı çıxırlar?!…

Bir daha qeyd etməyə ehtiyac duyulur ki, ərizəçilərin qeyd etdikləri yaşayış binası onlar üçün deyil, məhz gözdən əlillər üçün ƏƏSMN tərəfindən inşa edilmiş və 24.12.2015-ci il tarixdə hörmətli prezidentimiz İlham Əliyevin və ölkənin birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Millət vəkili Mehriban xanım Əliyevanın şəxsən iştirakı ilə gözdən əlilləırin istismarına verilmişdir.

Az GƏC-in rəhbərliyi heç bir şəkildə sözü gedən ərizəçilərlə heç bir münasibətdə olmamış, heç bir şəkildə onlara hər-hansı bir vəd verməmiş və heç bir zaman Məzahir adlı şəxslə heç bir mühasibət qurmamışdır.

Bu Gözdən Əlillər Cəmiyyətinə və Nərimanov rayon İcra Hakimiyyətinə qarşı atılmış böhtan xarakterli məlumatlar isə tamamilə əsassız və qərəzli mövqe daşıyır. Belə ki, Az GƏC daim şəffav və hüquqi fəaliyyət göstərən təşkilat olub. Cəmiyyət rəhbərliyinin təmiz adına ləkə gətirmək üçün istifadə edilən zərərçəkmişlər özləri belə bilmədən öz yalanlarının və Məzahir kimilərinin qurduğu tələnin qurbanına çevrilmişdirlər.

Hörmətli Redaksiya!

Bir daha qeyd etməyə ehtiyac duyulur ki, Az GƏC-in rəhbərliyi heç bir şəkildə öz şəffav, qanuni, humanist və ədalətli mövqeyindən heç bir şəkildə dönməmiş, heç bir zaman heç kəsin hüquqlarına, mənafeinə, şərəf və ləyaqətinə xələl gətirəcək heç bir həərkət və ya hərəkətsizlik etməmiş və heç kimsəni aldadaraq hər hansı mənfəət əldə etməmişdir.

Ərizəçilərə isə Az GƏC-in rəhbərliyi olaraq bir daha sözü gedən məsələ ilə əlaqədar aidiyyəti istintaq orqanlarına zərərçəkmiş kimi müraciət etmələri və açılmış cinayət işində ifadə vermələri tövsiyə olunur.

Hörmətlə,
Az GƏC–in prezidenti S. A. Abdullayev
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button