2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycan gündə 120-150 milyon manat itirir – Mikayıl Cabbarov

Ölkə iqtisadiyyatının gündəlik itkiləri 120-150 milyon manata çatır, bu barədə aprelin 25-də iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində bidirib. Verilən fasilə nəticəsində böyük müəssisələr belə problemlərlə üzləşə bilər, deyə o qeyd edib. 

Aprelin 27-dən etibarən Azərbaycanda karantin rejiminin qismən yumşaldılmasına başlanacaq. Amma koronavirus təhlükəsi hələ uzun müddət vəziyyətə təsir edəcək, deyə Cabbarov bildirib. 

O, təkrarən karantin rejiminin tətbiqinin sahibkarların külli miqdarda maddi zərərə məruz qalması və ya müflisləşmə ilə nəticələnə biləcəyini istisna etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazir aprel və may aylarında sahibkarlara dövlət tərəfindən kredit və vergi imtiyazları şəklində dəstək vəd edib.

Öz növbəsində, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, işsizlərə 190 manat yardım ödənilməsi üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) olması əhəmiyyət daşımır. Onun sözlərinə görə, vətəndaşlar müraciət edərsə, bu əsasla imtina hallarına baxılacaq.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button