2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Azərbaycan-Gürcüstan sərhədində görünməyən növbə: Nə baş verir? – VİDEO

Azərbaycan-Gürcüstan sərhədində yük avtomobillərinin sıxlığı müşahidə olunur. Təkcə Azərbaycan tərəfində 600 TIR keçid üçün növbə gözləyir.

“Xəzər Xəbər” “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində yaranan sıxlığın səbəblərini araşdırıb.

TIR parklarında günlərlə qalan sürücülər artıq bir aydır ki, bu cür sıxlığın müşahidə olunduğunu bildirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Gürcüstandan Azərbaycana yükdaşımaların sayının artmasının Ukrayna-Rusiya arasında gedən müharibə səbəbindən olduğu qeyd edilir.

Maşınların sayının kəskin artması nəticəsində ərazidəki TIR parkları tamamilə dolub. Gün ərzində “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində Azərbaycandan 300 TIR-ın keçidi təmin edilir.

Məntəqədən bildirilib ki, əgər Gürcüstan tərəfi TIR və digər yük avtomobillərinin yoxlanması və qeydiyyatını intensivləşdirsə, Azərbaycan tərəfi nəqliyyat vasitələrinin maneəsiz və daha tez keçidini təmin edə bilər.

Hazırda “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ olan yük avtomobillərinin keçidi isə 24 saat ərzində fasiləsiz təmin olunur. Məntəqədə daha 80 yük avtomobili “Yaşıl dəhliz” vasitəsilə keçid üçün növbə gözləyir.

24 saat” “Azərbaycan-Gürcüstan sərhədində görünməyən növbə: Nə baş verir? – VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button