2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan hərbçisi intihar etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.

DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb. 

“yanvarın 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin ötən ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib”, – deyə məlumatda qeyd olunur. 

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.

Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirlərinin həyata keçirildiyi deyilir. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button