2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan hərbi cinayətlərə görə Ermənistanın məsuliyyətə cəlb edilməsinə çalışacaq

Bakı/24.09.21 Rəsmi Bakı Beynəlxalq məhkəmə instansiyaları vasitəsilə Ermənistanın Azərbaycana qarşı hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsinə və vurulmuş zərərin ödənilməsinə nail olmağa çalışacaq. Bu barədə prezident İlham Əliyev Baş Assambleyanın sessiyasındakı çıxışında bildirib.

Ermənistanın hərbi cinayətlərinin bütün faktları sənədləşdirilib və Azərbaycan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün ciddi hüquqi addımlar atacaq.

Prezident qeyd edib ki, işğal dövründə Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi üzrə hüquqi təşkilatların işi başa çatmaq üzrədir.

Saytların yığılması Saytlarin yigilmasi

“Ermənistan törədilmiş cinayətlərə, əmlakımızın talan edilməsinə, tarixi abidələrimizin, vətəndaşlarımızın mülkiyyətinin məhv edilməsinə, meşələrin qırılmasına, çaylarımızın və göllərimizin çirkləndirilməsinə, işğal olunmuş ərazilərdə faydalı qazıntılarımızdan qanunsuz istifadəyə görə cavab verməlidir”, – prezident deyib.

O əlavə edib ki, işğal olunmuş ərazilərdə qanunsuz olaraq faydalı qazıntı işləri aparmış xarici şirkətlərə qarşı hüquqi prosedurlar hazırlanıb. “Biz cinayətkarları məsuliyyətə cəlb edilməsi üçün bütün mümkün vasitələrdən istifadə edirik”, – o deyib.

“Erməni hərbi cinayətkarlara gəlincə, yaxşı məlumdur ki, hərbi cinayətlər üzrə Beynəlxalq Tribunal kifayət qədər siyasiləşdirilmiş, ikili standartlara, seçici yanaşmaya əsaslanan institutdur və son illərin hadisələri dəfələrlə bunu sübut edib.

Ermənistanın Qərbdəki lobbiçilik potensialını, bir çox Qərb ölkələri ilə xüsusi münasibətlərini nəzərə alsaq, tam səmimiyyətlə deyirəm ki, buna nail ola biləcəyimizə ümid etmək çətindir. Hətta mümkün olsa belə, ədalətli məhkəmənin olacağına və onun Azərbaycana qarşı növbəti qarayaxma alətinə çevrilməyəcəyinə zəmanət yoxdur”, – dövlət başçısı vurğulayıb.—06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button