2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan hakimiyyəti qarşısında sərt tələblər qoyuldu

Açıq Hökumət Tərəfdaşlığının İdarəetmə Komitəsi çərşənbə günü Azərbaycanın bu layihədə iştirakını “qeyri-aktiv” edib.

Komitə “təəssüflə” bildirib ki, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün Azərbaycanda “həll olunmamış maneələr” üzündən belə bir qərar verməli olub.

AHT öz tarixində ilk dəfədir ki, belə bir qərar verməli olduğunu deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Hökumət və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət komitə nazirlər səviyyəsində Keyptaunda keçirilən görüşdə bu qərarı verib.

“Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən qaldırılmış narahatlıqlara cavab vermək üçün maksimum bir il vaxtı olacaq”, – komitənin bəyanatında deyilir.

Qeyri-aktiv statusla Azərbaycan “AHT seçkilərində səs verə bilməyəcək və AHT tədbirlərində yalnız müşahidəçi kimi, öyrənmə məqsədilə iştirak edə biləcək”.

AHT hökumətlərin şəffaflıq, vətəndaşlara səlahiyyətlər verilməsi, korrupsiya ilə mübarizə, idarəetmənin güclənməsi üçün yeni texnologiyaların tətbiqini tələb edən çoxtərəfli təşəbbüsdür.

AHT 2011-ci ilin sentyabrında yaradılıb və onun təsisçiləri arasında ABŞ və Britaniya da var.

Bundan əvvəl BBC Azərbaycancaya danışan AHT iştirakçıları və rəsmiləri qeyd ediblər ki, Prezident Əliyevin imzaladığı sərəncam yanvarın 31-dək imzalanmalı və artıq tətbiq olunmalı idi.

Aprelin 28-də Azərbaycan prezidenti İlham Əliyev “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncamı imzalayıb.

(bbc azəri)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button