2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə çağırırıq”

ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer ATƏT-in Vyanada Daimi Şurasında növbəti dəfə Azərbaycanda hüquq və azadlıqların pozulması ilə bağlı bəyanatla çıxış edib.

Noyabrın 3-də artıq gənc fəal Qiyas İbrahimovun siyasi və saxta ittihamla 10 il həbs edilməsi ilə bağlı narahatlıq ifadə etdiyini xatırladan Bayer qeyd edib ki, dekabrın 8-də Azərbaycan hakimiyyəti eyni ittihamla digər fəal Bayram Məmmədovu da həbs edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu gənc NİDA üzvləri barəsindəki hökmlərdən, polisdə onlara işgəncə verilməsi haqqında məlumatlardan çox narahatıq və hakimiyyəti İbrahimovu və Məmmədovu, eləcə də fundamental hüquqlarını, o cümlədən ifadə, toplaşmaq və birləşmək azadlığı hüquqlarını həyata keçirdiklərinə görə həbs edilən bütün digər şəxsləri azad etməyə çağırırıq.

Biz həmçinin hakimiyyəti jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv etməyə çağırırıq”, səfir qeyd edib.

“ABŞ hökuməti bir daha Azərbaycan hakimiyyətini ATƏT qarşısında beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır”, bəyanatda bildirilir.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button