2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Azərbaycan hakimiyyətinin pulyuyan maşını

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) Azərbaycanın pulyuyan maşınıadlı yeni araşdırmasında deyilir ki, Azərbaycan hökumətinin 2012 və 2014-cü illər arasında fəalları və jurnalistləri ucdantutma həbs etdiyi vaxtlarda, ölkənin hakim elitası məxfi çirkli pullar fondundan Avropa rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq, pul yumaq və başqa vasitələrlə mənfəətləmək üçün istifadə edib.

2, 5 milyard avronun (2, 8 milyard dolların) tranş edildiyini göstərən bank sənədləri Danimarkanın Berlingske qəzetinə sızdırılıb və qəzet bu məlumatları OCCRP ilə paylaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu iki media qurumu sonradan pulların hara getməsinə dair birgə araşdırma aparıb.

Təhqiqatın nəticələrini cəmləşdirən yekun məqalə “Azərbaycanın pulyuyan maşını” adlandırılıb, çünki iri məbləğlər mənşələrinin gizlədilməsi üçün silsilə balıqqulağı şirkətlərdən keçirilib.

Bu araşdırama ölkənin kleptokrat hakim zümrəsinin milyardlarla dollar pulu necə hərəkət etdirdiyini göstərir.

Başqa şeylərlə yanaşı bu puldan həqiqətin susdurulmnası üçün də istifadə edilib. Sözü gedən zaman kəsiyində 90-dək insan haqları fəalı, müxalifətçi və jurnalist siyasi motivli ittihamlarla həbsxanalara atılıb.

Bu da bəlli olub ki, azı üç Avropa rəsmisinə, rejimi tərifləyən yazılar yazan bir jurnalistə və hakimiyyəti mədh edən biznesmenlərə də bu pulyuyan maşından pay çatıb.

Bu şəxslər öz məqsədləri üçün bəzən hətta UNESCO və AŞPA kimi nüfuzlu təşkilatları da hökumətin PR-ı üçün hərəkətə gətirə biliblər.

13 min pul tranşını əks etdirən sənədlərdən məlum olur ki, Azərbaycanın pulyuyan maşının özəyini dörd əsas balıqqulağı şirkəti təşkil edir. Bu şirkətlərin hamısı Birləşmiş Krallıqda qeydiyyatdan keçirilib.

Araşdırmanın nəticələri barədə ətraflı yazı tezliklə saytımızda olacaq.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button