2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan hava qüvvələrinin hərbiçiləri Türkiyədə təlim keçir

Bakı/10.08.21 Azərbaycan hava qüvvələrinin hərbiçiləri Türkiyədə keçirilən təlimlərdə iştirak edirlər. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tvitter hesabında məlumat yayıb.

“Hava Qüvvələri personalımız tərəfindən qardaş Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşına Yaxın Hava Dəstəyi fəaliyyətləri çərçivəsində Qabaqcıl Hava Nəzarətçisi təlimləri keçirilir”, deyə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Son illərdə Azərbaycan və Türkiyə hərbiçiləri çoxsaylı birgə təlimlər keçirməkdədir. Bu il də birgə təlimlər davam etdirlir.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, 2021-ci il fevralın 1-dən 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin Qars vilayətində “Qış-2021” birgə hərbi təlimləri keçirilib.

Bu il martın 15-dən 18-dək isə Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər zamanı qoşun növləri “terrorçu dəstələr, həmçinin qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatları” üzrə tapşırıqları icra edib.

Martın 27-dən Azərbaycan Ordusunun hərbiçiləri Türkiyə Milli Müdafiə Nazirliyinin təşkil etdiyi “Terrorçu ilə mübarizə hərəkətlərinin tətbiqi və hava hücumu” təlimlərində iştirak edir.

Martın 28-də Azərbaycan Ordusunun hərbçiləri Türkiyənin Sparta vilayətindəki Dağ Komanda Məktəbi və Tədrisi Mərkəzində Türkiyə hərbiçiləri ilə birgə “Dağçılıq təlimləri” keçirib. -03B-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button