2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan himninin qısaldılması təklifi narazılıq yaratdı – VİDEO

“Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri 2 dəqiqə səsləndirilir. Ancaq bizdə isə dövlət himnimiz 4 dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır. Əzəmətli himnə çevirmək lazımdır”.

Milli Məclisdə dövlət aributlarına texniki xarakterli dəyişiklik layihələrinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

https://www.facebook.com/24saat.org/videos/345485269333493/?t=0

O, himnin qəmgin notlar üzərində yazıldığını deyərək qeyd edib ki, himnin müəllifi bəstəkar Üzeyir Hacıbəyovun Sovet Azərbaycanı üçün hazırladığı himn daha şux idi.

Saytların yığılması Saytlarin yigilmasi

“”Gerb” əvəzinə “Herb” yazılmalıdır”

Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov isə deyib ki, Azərbaycan dilində “Gerb” sözündə düzəliş edilməli və “Herb” kimi yazılmalıdır.

Rəfael Hüseynov
Rəfael Hüseynov

Onun sözlərinə görə, bu tip – “Hepatit”, “Herakl”, “Hiper” və s. bir çox söz rus dilindən alınmadır, həmin sözlərin hamısında “g” hərfindən deyil, “h” hərfindən istifadə olunur: “Ona görə “Gerb” sözü “Herb” kimi yazılmalıdır. Bu, çox vacib məsələdir”

“Bizim bayrağımızın əvəzi yoxdur”

Deputat Siyavuş Novruzov isə deyib ki, atributlarımızın dəyişdirilməsi ilə bağlı təklifər referendum yolu ilə həll edilməlidir.

Siyavuş Novruzov
Siyavuş Novruzov

“Konstitusiyada atributların adı necə gedibsə, o adla da təqdim olunur. Əgər biz bu adı dəyişdirmək istəsək, o zaman, ilk növbədə, Konstitusiyaya dəyişiklik edilməlidir. Mən hesab edirəm ki, hər dəyişiklik o qədər də xeyr gətirmir. Biz niyə 100 il bundan öncəki tariximizə ziyan verməliyik? Bizim bayrağımızın əvəzi yoxdur. Himnimizdə və digər atributlarda olan cəhətləri ilə bağlı hər kəsin fikri ola bilər. Amma mən bunların əleyhinəyəm. Düşünürəm ki, atributlarımız olduğu kimi qalsa, daha yaxşıdır”.

“Toxunmaq olmaz belə şeylərə!”

Deputat Fəzail İbrahimli himnlə bağlı Tahir Kərimlinin dediyi fikrə qarşı şıxıb. O deyib ki, himndə Azərbaycanın təqdimatı, tarixi var və bir sözdən də imtina emək, qısaltmaq olmaz:

https://www.facebook.com/24saat.org/videos/1940685229572337/?t=0

“Bunun harasını çıxartmaq olar? Bir dəqiqə ayaq üstə durmaq nə çətin məsələdir? Toxunmaq olmaz belə şeylərə! Bu məsələlərlə oynamayın. Xahiş edirəm, bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynamaq olar!”

Spiker Oqtay Əsədov isə “yan keçirik, narahat olmayın, görürsünüzmü səsə qoyuruq” deyərək qanun layihələrini səsverməyə təqdim edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button