2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan hökuməti erməni kəşfiyyatına işləyir?

Gültəkin Hacıbəyli

Xatırlayırsınızsa, bir neçə il öncə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Azərbaycan xüsusi xidmət orqanlarının Ermənistan prezidenti Serj Sarqsyanın kabinetini nəzarətdə saxladığını bəyan etmişdi. Kaş ki, həqiqət olaydı! Amma təəssüf ki, gerçəklik tam əksi imiş! Gerçəkdə Azərbaycan xüsusi xidmət orqanları, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası, əslində, Bakıda erməni kəşfiyyatının dayaq dəstəsinin yaradılmasına, Ermənistan xüsusi xidmət orqanları əməkdaşlarının paytaxtımızın mərkəzində lüks həyat şəraitilə- mənzillə, xüsusi avtomobil və sürücü ilə, yüksək maaşla təmin olunmasına xidmət edirmiş. Azərbaycan hakimiyyət orqanlarının bu işlərə, yəni, Ermənistan kəşfiyyatına xidmətə bilərəkdən ya bilməyərəkdən cəlb edilməsi xüsusi istintaqın predmeti olmalıdır. Biz isə hələlik faktlara müraciət edək. 2016- cı ilin dekabr ayında Bakıda hüquq müdafiəçisi adı ilə təqdim edilən bir qrup erməni və azərbaycanlı hüquq müdafiəçisi Azərbaycan- erməni Sülh platforması adlı bir qurum yaratdılar. Platformanın erməni tərəfindən rəhbəri Van Martirosyan ailəsilə Bakıya gəldi, onu evlə, işlə təmin etdilər. Martirosyan sonradan ona qoşulan başqa bir erməni- Susanna Caginyanla birlikdə hakimiyyətin repressiya ruporu olan haqqin.az saytında çalışmağa başladı. O, saytın rəhbəri və Azərbaycan hakimiyyətinin mənəvi siması olan Eynulla Fətullayevlə o qədər doğmalaşdı ki, bu müddət ərzində Bakıda anadan olan oğluna Fətullayevin atasının şərəfinə Emin adını qoydu. Onu da qeyd edim ki, Susanna Caginyan da Martirosyana yaradılan və orta statistik azərbaycanlının yalnız həsədlə baxa biləcəyi lüks şəraitlə təmin edilib. Ermənilərin Bakıya toplaşmasına sərt reaksiya verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıya uzdəniraq jurnalistin cavabı belə olmuşdur ki, BU DÖVLƏT SİYASƏTİDİR! Gerçəkdən də bu, dövlət siyasəti olmağına dövlət siyasəti imiş, amma hansı dövlətin?! Bu günlərdə Azərbaycan vətəndaşlarının boğazından kəsilən pullar hesabına yağ içində böyrək kimi bəslənən cənab Martirosyan, təbii ki, Azərbaycanın pulu ilə Ukraynaya-Odessaya səfər edib, oradan mətbuata bəyan edib ki, o, əslində, Ermənistan kəşfiyyatına çalışırmış və Azərbaycana da onu erməni kəşfiyyatı göndərib! Bax belə-belə işlər, əziz xalqım! Mətbuat, həmçinin, Fətullayevin Martirosyanla sosial şəbəkə üzərindən yazışmasını yayımlayıb. Həmin yazışmada Azərbaycan hakmiyyətinin əxlaq və mənəviyyat ortağı olan Fətullayev bir erməni dığasının qarşısında Azərbaycan dövlətinin Ukraynadakı siması olan şəxsi- ölkəmizin səfirini çoxunuzun mövcudluğu haqqında heç təsəvvürü belə olmadığı ən sonuncu küçə söyüşlərilə aşağılayır və bildiri ki, əgər səfir Martirosyanın istəklərini yerinə yetirməsə onu (Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfirini!) dərhal vəzifəsindən atarlar! Təsəvvür edirsinizmi?! Yeri gəlmişkən, yazışmadan aydın olduğu kimi səfir Azər Xudiyev özü də cənab Martirosyanla görüşmək şərəfini əldən buraxmır və hətta erməni kəşfiyyatçısı ilə çox nəzakətlə davranaraq onda özü haqqında xoş təəssürat yaradır! Necədir?! Müdafiə Nazirliyində böyük bir cəsus şəbəkəsinin ifşasından sonra xarici siyasət idarəmiz də, deyəsən, bizi çox intizarda saxlamaq istəmədi! Sonda üzümü Azərbaycan hakimiyyətinə tutub acizanə surətdə xahiş edirəm: Qoy mövcud bütün xüsusi xidmət şəbəkəniz ancaq müxalifəti izləməklə, şərləməklə, təqib etməklə, maşınına silah, cibinə narkotik, çantasına pul atmaqla məşğul olsun! Qoy Mədət Quliyev şəxsən gecə gündüz mənimlə-Gültəkin Hacıbəylilə məşğul olsun, halallığını verirəm! Amma təcili olaraq peşəkarlardan- revizorlardan, killerlərdən, təsadüfi adamlardan yox, məhz peşəkarlardan ibarət xüsusi xidmət qurumu yaradın və qoy yalnız həmin qurum müxalifətlə deyil, ölkəmizin təhlükəsizliyini təhdid edən qüvvələrlə, xarici kəşfiyyatın fəaliyyətinin ifşası və qarşısının alınması ilə məğqul olsun! Başınız müxalifətə və pul qazanmağa qarışıb, ölkəni əldən vermisiniz, xəbəriniz yoxdur! Əks halda mən də düşünəcəyəm ki, bütün bunlar sizin dövlət siyasətinizdir!

Saytların yığılması Saytlarin yigilmasi

Yazı müəllifin Facebook səhifəsindən götürülüb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button