2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Azərbaycan idmançısının Pekin Olimpiadasındakı nəticəsi ləğv olunub

Azərbaycan ağırlıqqaldıranı Sərdar Həsənov Beynəlxalq Olimpiya Komitəsinin (İOC) cəzasına məruz qalıb. İOC-un rəsmi saytında yerləşdirilmiş xəbərə əsasən, səbəb Həsənovdan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş dopinq-testin təkrar analizinin müsbət nəticə verməsidir.

62 kq çəki dərəcəsində çıxış etmiş atletdən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (turinabol) preparatı tapılıb. İOC-un İntizam Komissiyası 31 yaşlı idmançının “Pekin-2008″dəki nəticəsini ləğv, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına olimpiadadakı nəticələrdə düzəliş və öz səlahiyyətləri çərçivəsində gələcəkdə istənilən addımları nəzərdən keçirməsini tövsiyə edib. Azərbaycan Milli Olimpiya Komitəsindən dərhal qüvvəyə minən qərarın tam icrası istənilib.

Həsənov “Pekin-2008″də 62 kq çəki dərəcəsində B qrupunda çıxış edib. O, birdən 128 kq ağırlıq qaldırsa da, təkanla sifariş verdiyi çəkilərin heç birinin öhdəsindən gələ bilməyib. Nəticədə azərbaycanlı atlet olimpiadada yer tuta bilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, İOC Sərdar Həsənovdan başqa kubalı uzununa tullanan Vilfredo Martines, ispaniyalı 100 metr məsafəyə maneələri dəf etməklə qaçan Jozefina Oniya, rusiyalı 3000 metr məsafəyə maneələri dəf etməklə qaçan Yekaterina Volkova, özbəkistanlı və qazaxıstanlı sərbəst güləşçilər Soslan Tigiyevlə (74 kq) Taymuraz Tigiyev (96 kq), ukraynalı ağırlıqqaldıran Olqa Korobka (+75 kq), belaruslu ağırlıqqaldıranlar Anastasiya Novikova (53 kq) və Andrey Rıbakovun (85 kq) da nəticələrini ləğv edib. S.Tigiyev, T.Tigiyev, Korobka və Rıbakov gümüş, Volkova, Novikova bürünc medaldan məhrum olub, Martines 5-ci, Oniya isə 9-cu yerlə vidalaşıb. (“Report”)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button